FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
BiG.AZ xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində, əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntılarla əlaqədar mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 828 Tarix: 08 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21.10.2026 150 Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar
Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir
21.10.2026 224 Qan analizi hansı xəstəlikləri göstərə bilər?
Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə
21.10.2026 233 CeyLo tərəf müqabili ilə sevgilidir?
Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr
21.10.2026 207 1 ay kanalda qalan köpəkbalığı xilas edildi
Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib
21.10.2026 236 Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq
Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını
21.10.2026 212 Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi
Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman
21.10.2026 186 Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro
21.10.2026 232 İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind
21.10.2026 308