"Azərbaycanın bir qarış torpağının da Ermənistana verilməməsi Prezident İlham Əliyevin prinsipial mövqeyi və qələbəsidir"

"Azərbaycanın bir qarış torpağının da Ermənistana verilməməsi Prezident İlham Əliyevin prinsipial mövqeyi və qələbəsidir""Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin sərhədçilərimiz tərəfindən nəzarətə götürülməsi və bu ərazidə delimitasiya prosesində Azərbaycanın bir qarış torpağının da Ermənistana verilməməsi Prezident İlham Əliyevin prinsipial mövqeyi və qələbəsidir. Dövlət başçısı hələ bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, "O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır". Yəni siyasi iradə artıq aydın idi ki, Azərbaycan beynəlxalq hüquqa əsasən özünə məxsus olan bir qarış da olsun torpağı güzəştə getməyəcək".

Bu sözləri BiG.AZ-A Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Vətən müharibəsindəki şanlı zəfərdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə başlamış sülh prosesi qarşısında əsas əngəllərin tamamilə aradan qalxdığı bir dövrdə İrəvan məqsədli olaraq texniki detallara fokuslanır, eyni zamanda delimitasiya və demarkasiya prosesinin sülhlə yanaşı, müzakirəsində və şərtləndirilməsində israr edir, xəritələrlə bağlı aydın və sağlam olmayan metodologiyasız populist gedişlərə üstünlük verirdi: "Lakin dövlətimizin başçısı bu proseslərin hər birinə dair aydın və qəti mövqeyini diktə etməklə Ermənistana reallıqları bir daha başa saldı. Paşinyan iqtidarı tədricən anlamağa başladı ki, regionda mövcud olan unikal sülh imkanı tarixi şansdır və bu fürsətin əldən çıxması Ermənistana yaxşı heç nə vəd etmir. Bu mənada, İrəvanın son zamanlar nümayiş etdirdiyi nisbi praqmatik davranışlar məhz Azərbaycanın yaratdığı reallıqların diktəsidir.
Azərbaycan Prezidentinin ardıcıl hərbi-siyasi qələbələri fonunda Ermənistan və havadarları da yaxşı başa düşürdülər ki, kəndlərimizin geri qaytarılmaması kimi bir məsələ Bakı üçün müzakirə mövzusu belə ola bilməz. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli razılığa müvafiq olaraq hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan 6,5 kvadratkilometr ərazinin azad edilməsi Müzəffər Ali Baş Komandanın 2020-ci il 10 noyabr kapitulyasiya aktına müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsində ehtiva olunan tarixi uğurunun heç də daha asan olmayan bir situasiyada təkrar olunması demək idi.
Delimitasiya və demarkasiya uzun sürən çox mürəkkəb bir prosesdir: "Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi işğalda saxlamış Ermənistanla delimitasiya və demarkasiya prosesinin daha çətin keçəcəyi sirr deyil. Bununla bağlı hər iki ölkənin müvafiq qurumlarının iclaslarında məhz Prezident İlham Əliyevin direktivlərinə uyğun müvafiq razılığa gəlinməsi, cəmi bir ay sonra Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilməsi həm də göstərir ki, bu bölgədə lider iradə həm də beynəlxalq hüququn aliliyini təmin edə bilib", - deyə müsahibimiz əlavə edib ".

Deputat qeyd edib ki, Prezident 10 may müsahibəsində həm də ifadə etmişdi ki, delimitasiya və demarkasiya prosesi Tovuz-Qazax bölgəsi istiqamətindən - hələ də işğalda qalan kəndlərimizdən başlanmalıdır: "Bu gün reallaşan prosesin digər konseptual önəmi ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın arasında delimitasiyanın və hətta demarkasiyanın məhz ilk olaraq bu istiqamətdə faktiki olaraq yekunlaşması göstərir ki, artıq Ermənistan hakimiyyəti Bakının beynəlxalq hüquqa əsaslanan bu mövqeyinin real mahiyyətini başa düşür və nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını, situasiyanın Ermənistan üçün hər hansı formada təhdid yaratmadığını dərk edir. Ümumiyyətlə, reallıqda da kəndlərimizin geri qaytarılması barədə ilkin razılıq elə bir situasiyadır ki, sağlam təfəkkürə malik heç bir subyekt bu prosesdə məğlub görünmür. Daha doğrusu, əgər Ermənistanda hansısa dairələr həmin kəndləri hələ də özününkü hesab edirsə, bu həmin qüvvələrin ciddi məğlubiyyətidir. Əksinə, beynəlxalq hüquqa hörmətlə yanaşanlar isə özünün olmayan ərazilərə iddialardan könüllü surətdə əl çəkərək sağlam iradə nümayiş etdirməklə bu uğurdan pay götürə bilirlər. Azərbaycan hər hansı formada yeni hərbi gərginlik arzulamır: "Prezidentin siyasi iradəsi ilə beynəlxalq hüququn aliliyi şəraitində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə aprelin 19-u və mayın 15-də müvafiq komissiyaların səkkiz və doqquzuncu görüşündə əldə olunan nəticə də məhz dayanıqlı sülh və gələcək əməkdaşlıq üçün tarixin heç bir dövründə olmadığı qədər unikal perspektiv yaradıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 530   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.