"Qurban, bayram namazından sonra KƏSİLMƏLİDİR, əvvəl kəsilən sədəqə sayılır, qurban yox" -İLAHİYATÇI

"Qurban, bayram namazından sonra KƏSİLMƏLİDİR, əvvəl kəsilən sədəqə sayılır, qurban yox" -İLAHİYATÇIQurban islamda iki müqəddəs bayramdan biridir. Bütün müsəlman ölkələrində hər il hicri təqvimi ilə zil-hiccə ayının 10-cu günündə Qurban bayramı qeyd olunur. Qurbanı kimlər kəsə bilər və kimə paylanmalıdır.

Məsələ ilə bağlı ilahiyatçı Yaşar Qurbanov Sonxeber.az-a açıqlama verib.

İlahiyatçı aləsinində gündəlik ehtiyacını ödədikdən sonra, əlavə gəliri qalan şəxsin qurban kəsə biləcəyini bildirib:

"Qurban bayramı iyun ayının 16-a təsadüf edir. Qurban barəsində Quranı-Kərimdə Həcc sürəsi 36- 37 ayələrində buyurur ki, sizin üçün qurbanlıq( dəvə, dana qoyunu) nişanə etdik. Bu əzamətli bir bayramdır. Ayədə qeyd olunub ki, qurbandan həm özünüz yeyin, həm də əl açan-açmayan kasıblara yedizdirin. 37 ayədə isə buyurulub ki, onların nə ətləri nə də qanları Allah-a(s.a.v) çatar. Lakin ona çatan sizin təqvanızdır. Təqva isə Allahın buyruğunu yerinə yetirmək deməkdir. Bir insanın imkanı varsa,qurban kəsirsə, Allaha yaxın bir qul olur. Qurbanı imkanı olan şəxs kəsməlidir. Aləsinində gündəlik ehtiyacını ödədikdən sonra, əlavə gəliri qalırsa həmin şəxs qurban kəsə bilər. Eyni zamanda bir insanın borc götürüb,qurban kəsməsinə ehtiyac yoxdur. İmkanın varsa kəs, yoxdursa kəsmə.

Qurbanı üç yerə bölmək müstəəbdir. Qurban kəsən şəxs qurbanın bir hissəsini özünə, bir hissəsini qonşulara, bir hissəsini isə kasıblara paylaya bilər. Yaxud qurbanı bütünlüklə kasıblara paylaya bilər. Yəni qurban ətinin paylanmasında insan sərbəstdir. İstədiyi qədər paylaya və saxlaya bilər".

Qurbanın bayram namazından sonra kəsilməli olduğunu bildirən ilahiyatçı Azərbaycan xalqının və bütün islam dünyanısnın bayramını təbrik edib:

"Qurban bayraməıən əzəmətli günlərdən biridir. Allah (s.a.v) qatında ən uca günlərdən biri, Qurban bayramı günüdür. Bu ibadəti yerinə yetirmək böyük savabdır. İmkanı olan şəxslər bunu yerinə yetirsinlər. Amma burada diqqət etmək lazımdır. Bəzən insanlar qurbanı səhv kəsirlər. Qurban ayın 16-sı bayram namazından sonra kəsilməlidir. Bayram namazı isə saat 8 və 9 qılınır. Bəziləri isə qurbanı səhər tezdən kəsirlər. Bu doğru deyil. Peyğəmbərimiz (s.a.v) buyurub ki, qurban, bayram namazından sonra kəsilməlidir. Bayram namazından əvvəl kəsilən ümumi bir sədəqə sayılır, qurban sayılmır. Qurban kəsmək istəyən şəxslər bu məsələdə diqqətli olsunlar. Uca Allah (s.a.v) hər kəsin kəsdiyi qurbanı, etdiyi dualarımızı qəbul etsin. Uca Allah (s.a.v) bu bayramı xalqımız və bütün islam dünyası üçün xeyirli-bərəkli etsin. Amin!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1057   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.