"Rusiya Paşinyanı devirə biləcəyi zamana qədər ilkin sülh müqaviləsində maraqlıdır" - Politoloq
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin rəsmi Moskvanın Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazır olduğunu deyib.
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, Rusiya gələcəkdə ehtimal münaqişə yaradacaq elementlərin olması reallığı ilə sülh müqaviləsinə maraqlı olduğunu bildirir. Yəni Rusiya yekun sülh müqaviləsinə maraqlı olmasa da, ən azından Paşinyanı devirə biləcəyi zamana qədər çərçivə sazişi və ilkin sülh müqaviləsində maraqlıdır:
"Ermənistan və Azərbaycan arasındakı münaqişənin təməlləri məhz Rusiya tərəfindən atılıb. Münaqişə yaradan ölkənin bu gün münaqişənin həllində maraqlı olduğunu deməsi təbii ki, real səslənmir. Burada daha çox məsələyə dövrün reallıqları və şərtləri çərçivəsində baxmaq lazımdır. Məsələn, Ermənistanın başında Sarkisyan, Köçəryan kimi şəxslər olsaydı, böyük ehtimalla vəziyyət bu cür olmaya bilərdi. Amma Ermənistanda Rusiyanın hesabları xaricində hadisə baş verdi. 2018-ci ildə Nikol Paşinyanın narıncı inqilab adı ilə hakimiyyətə gəlməsi, onun qərbə inteqrasiya siyasəti və Qarabağ danışıqlarındakı status-kvonu pozması fonunda Rusiya onu cəzalandırmaq məqsədilə geri çəkildi. Təkbətək müharibənin olmasına göz yumdu. Azərbaycan da 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi. Sonrakı lokal xarakterli antiterror əməliyyatları fonunda rəsmi Bakının əli daha da gücləndi, bütöv ərazilərini azad etdi. Lakin bütün bunlar Paşinyanı Qərbə inteqrasiyaya daha da sürüklədi. Baş verən hadisələrdə Rusiyanı günahkar obrazda göstərdi. Məsələ bundan ibarətdir ki, hazırki vəziyyət qeyri-ixtiyari baş verdiyi üçün Rusiya vəziyyətə ayaq uydurmağa məcburdur. Sülh müqaviləsində tam maraqlı olmasa da, düşünür ki, ən azından Paşinyanı hakimiyyətdən devirənə qədər siyasətini davam etdirə bilər və ən əsası da imzalanacaq müqavilənin boşluqların olmasını istəyir. Məsələn, bu gün Azərbaycan və Ermənistan arasında kifayət qədər uğurlu danışıqlar gedir, çünki vasitəçilərsiz aparılan danışıqlardır. Qazaxın 4kəndinin qeyd şərtsiz Azərbaycana qaytarılması,
sərhəd komissiyaları,xarici işlər nazirləri,dövlət başçıları,parlament nümayəndələri səviyyəsində görüşlər keçirilir. Bütün bu görüşlərdən əldə etdiyimiz nəticə budur ki, sülh müqaviləsinə çox yaxınıq. Paşinyan da, cənab prezident İlham Əliyev də deyir ki,noyabra və ya COP29-a qədər imzalana bilər. İndi məsələ ilkin sülh müqaviləsi, yəni çərçivə sazişi olacaq. Çərçivə sazişi və ilkin sülh müqaviləsində hər zaman yekun sülh olmur. Burada daha çox razılaşdırılan məqamlar olur,müharibə vəziyyəti bitir və danışıqlar davam edir. Bu gün anklav və eksklavların taleyi hələ də sual altındadır. Bunun necə və hansı beynəlxalq təcrübə ilə tənzimlənəcəyi hələki bəlli deyil. Rusiya bunu bilir və bildiyi üçün də gələcəkdə ehtimal münaqişə yaradacaq elementlərin olması reallığı ilə sülh müqaviləsinə maraqlı olduğunu bildirir. Yəni Rusiya yekun sülh müqaviləsinə maraqlı olmasa da, ən azından Paşinyanı devirə biləcəyi zamana qədər çərçivə sazişi və ilkin sülh müqaviləsində maraqlıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 692 Tarix: 05 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608