Toyuna saatlar qalmış özünü öldürən bəyin atası danışdı - Video

Toyuna saatlar qalmış özünü öldürən bəyin atası danışdı - VideoQazaxda 27 yaşlı Əhliman Omarovun toy axşamı intihar etməsi ilə bağlı bəzi detallar məlum olub.

"Qafqazinfo" Baku TV-yə istinadən xəbər verir ki, rayonun Orta Salahlı kəndində ailəsi ilə birgə yaşayan gəncin cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb.

O bildirib ki, oğlu toyuna həvəslə hazırlaşırmış: "Bağa getmişdim, dedim, bəlkə, traktorla ot gətirməyə gedib. Çönən kimi oğlumun asılmış meyiti gözümə sataşdı".

Mərhumun dostu Məhəmməd Ayvazovun sözlərinə görə, Ə.Omarovun sevgi münasibəti üç il davam edib və nişanlısı ilə aralarında problem olmayıb.

Qeyd edək ki, Əhliman Omarov Orta Salahlı kənd məzarlığında dəfn edilib.

Xatırladaq ki, hadisə mayın 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

Ə.Omarovla baldızının (nişanlısının əkiz bacısı) toyunun eyni gündə keçirilməsi planlaşdırılırmış.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1278   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

11:14 149
.

Meksikada sirli məxluq kameraya düşüb

Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında

11:18 153
.

Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF

"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini v

11:46 102
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 139
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 108
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 157
.

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi

21.10.2026 395
.

Bu gündən qripə qarşı peyvəndləmə başlayır

Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Səhiyyə Nazirliyindən -a bildirilib ki, əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilakti

21.10.2026 355
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

12:19 59
.