Rusiyanın Ukraynadakı itkiləri dəhşətli həddə çatıb - Britaniya kəşfiyyatı
Britaniya kəşfiyyatı müəyyən edib ki, bu gün 2022-ci ilin fevralında müharibə başlayandan bəri Rusiya itkilərinin (ölən və yaralananların) ümumi sayı artıq 500 min nəfərə çatıb. Kreml bu rəqəmləri tanımır. Lakin məlumdur ki, rus əsgərləri öz həmkarlarının cəsədlərini döyüş meydanından götürmürlər. Beləliklə, onların ölümünü gizlətmək daha asandır və ailəyə kompensasiya ödəməli olmurlar.
Lent.az xarici mediaya istinadla bildirir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi müharibədəki bu itki barədə "Twitter"də məlumat yayıb.
Xülasədə qeyd edildiyi kimi, Rusiyanın itkiləri 2024-cü ildə yüksək olaraq qalmaqda davam edib, Rusiya ordusunun şəxs heyətinin may ayında gündə orta hesabla 1200-ü keçib, bu, müharibənin başlamasından bəri ən yüksək göstəricidir.
Britaniya kəşfiyyatı bildirir ki, itkilərin artması Rusiyanın geniş cəbhədə hərtərəfli hücumunun əksi ola bilər.
Kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Rusiya qüvvələrinin əksəriyyəti yalnız məhdud təlimə malikdir və mürəkkəb hücum əməliyyatları aparmaq iqtidarında deyil. Nəticədə, Rusiya Ukraynanın müdafiəsini zəiflətmək üçün kiçik miqyaslı, lakin baha başa gələn dalğa hücumlarından istifadə edir.
Britaniya hərbçiləri vurğulayır ki, Rusiya bu yanaşmanı dəstəkləmək üçün əlavə qüvvələr cəlb etməyə davam edir. Bununla belə, cəbhə bölgəsindəki şəxsi heyətin davamlı olaraq artırılması zərurəti demək olar ki, "Rusiyanın daha yüksək tutumlu bölmələr yaratmaq imkanlarını məhdudlaşdırmağa" davam edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1708 Tarix: 02 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
11:14 149 Meksikada sirli məxluq kameraya düşüb
Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında
11:18 153 Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF
"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini v
11:46 102 Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas
11:06 139 Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
11:47 108 Payız niyə yaz kimi keçir?
Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı
11:03 157 Ərdoğan İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi
21.10.2026 395 Bu gündən qripə qarşı peyvəndləmə başlayır
Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Səhiyyə Nazirliyindən -a bildirilib ki, əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilakti
21.10.2026 355 Yaşayış binalarında elektrik sobalarına keçid tələbi
Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı
12:19 59