Gündəmi zəbt edən saatlıq əməkhaqqı məsələsi: Ekspertlər suallara aydınlıq gətirdilər

Gündəmi zəbt edən saatlıq əməkhaqqı məsələsi: Ekspertlər suallara aydınlıq gətirdilərƏməkhaqqı təkcə işçiləri deyil, həm də işəgötürəni maraqlandıran həssas məsələdir. Əgər söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedirsə, onda məsələnin daha çox suallar doğurması təbiidir. Bu günlərdə gündəmi zəbt edən "Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər" xəbəri də cəmiyyətdə çoxsaylı suallar yaradıb. Məlumat Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Məsələ ilə bağlı ekspertlərin dünya təcrübəsinə istinad edilən "Dünya ölkələrində minimum aylıq əməkhaqqı yoxdur, minimum saatlıq əməkhaqqı mövcuddur. Minimum saatlıq əməkhaqqına görə minimum aylıq əməkhaqqı hesablanır" kimi fikirləri durmadan tirajlanmaqdadır.

Amma keçid zamanı hesablamanın necə aparılması, saatlıq əməkhaqqını təmin etmək üçün hansı şərtlərin irəli sürülməsi və s. kimi suallar hələlik açıq qalır.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Daha yüksək əməkhaqqına vəsilə olacaq?

Bir sıra ölkələrdə bu təcrübənin tətbiq olunduğunu deyən millət vəkili Vüqar Bayramov izah edir ki, keçidin əsas mahiyyəti məhz əməkhaqqının ay üzrə deyil, saatlar üzrə hesablanmasıdır: "Məqsəd ondan ibarətdir ki, vətəndaşın işlədiyi saatlara uyğun olaraq, əməkhaqqının hesablanması və ödənilməsi həyata keçirilsin. Bu, praktik olaraq aylıq minimum əməkhaqqını sıradan çıxması anlamına gəlmir. Çünki bu zaman saatlıq minimum əməkhaqqı əsasında ay üzrə minimum əməkhaqqı hesablanması mümkündür. Nəticədə bu, imkan verəcək ki, baza olaraq saatlıq minimum əməkhaqqıdan istifadə olunsun və onun əsasında aylıq maaş müəyyən edilsin. Bu da təbii ki, ay üzrə vətəndaşın əldə etdiyi əməkhaqqı məbləğinin müəyyənləşdirilməsinə gətirib çıxaracaq. Ona görə də gözlənilir ki, saatlıq əməkhaqqına keçid olarsa, bu zaman təbii ki, aylıq minimum da nəzərə alınmaqla qaydalar tənzimlənəcək". İqtisadçının sözlərinə görə, saatlar üzrə qiymətləndirilmə həyata keçirildiyi üçün bu, vətəndaşa bir yerdə deyil, bir neçə yerdə işləmək imkanı verə bilər. Nəticə etibarilə bu, işçinin daha yüksək əməkhaqqı almasına gətirib çıxarar".

Həftə sonu, bayram günləri işləyənlər sevinə bilərlər

V.Bayramov bildirir ki, müəyyənləşdiriləcək minimumlar həm özəl, həm də dövlət sektoru üçün keçərlidir: "Bu zaman hər hansı mülkiyyət mənbəyinə görə fərqləndirmə olmayacaq. Təbii ki, məbləğ mexanizmin özündən asılı olaraq müəyyənləşəcək. Bu, həm saatların sayı ilə bağlı minimumlar, həm minimum əməkhaqqı ilə bağlı mövcud qaydalar və gözləntilər nəzərə alınaraq müəyyənləşəcək məbləğ olacaq. Ona görə indidən saatlıq əməkhaqqının məbləğini söyləmək praktik olaraq mümkün deyil. Təbii ki, əsas meyar ondan ibarət olacaq ki, minimum əməkhaqqı məbləği nəzərə alınmaqla müəyyənləşsin. Bu da imkan verəcək ki, vətəndaş ay ərzində minimum əməkhaqqıdan daha yüksək əməkhaqqı ala bilsin". Qeyri-iş günlərinə və iş saatından artıq işləyən işçilərə gəlincə, ekspertin dediyinə görə, bu zaman qeyri-iş günləri, hətta işdən sonra işləyənlər üçün saatlıq əməkhaqqı məbləği fərqli olacaq: "Əslində, saatlıq əmək haqqının özəlliyi ondan ibarətdir ki, vətəndaş həftə sonu, bayram günlərində və ya iş saatından sonra çalışırsa, bu haqda xüsusi əmsala vurulmaqla onun əməkhaqqı hesablansın. Ona görə bu, imkan verəcək ki, daha çox işləyən, həftə sonu, qeyri-iş günləri işə dəvət olunan vətəndaşların əmək haqqı daha yüksək olsun. Bu, iş adamları tərəfindən daha aşağı əmək haqqının ödənilməsinin qarşısını ala bilər".

Əməyin ödənişi sistemində müasir standart

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov da təklif edilən yeniliyi əməyin ödənişi sistemində müasir standart kimi görür: "Yəni ixtisası olmayan bir işçi üçün bir saat ərzində minimum nə qədər ödəmək olar? Bu məsələdə "yuxarı" hədd tənzimlənmir, yalnız aşağı həddi nəzərdə tutulur. Bizim Əmək Məcəlləsində sosial-iqtisadi şərait nəzərə alınmaqla ixtisassız işçiyə verilə biləcək minimum əməkhaqqı mövcuddur. Gündə 8, həftədə 40, ayda 167 saat işləyən bir işçiyə 345 AZN-dən aşağı əməkhaqqı vermək olmaz. Fikrimcə, minimum əməkhaqqı bir saata 2 manat 05 qəpik düşür. Biz bunu 1 manat artırsaq belə, yekun məbləğ 500 AZN-i keçəcək. Dövlətin belə bir artıma gedib-getməyəcəyini bilmirəm. Çünki artım olsa, bu, dövlət büdcəsinə əlavə xərclər deməkdir". Ekspert bu istiqamətdə qərarın yaxın vaxtlarda qəbul olunacağına əmin deyil: "Fikrimcə, müvafiq qurumlar bununla bağlı təkliflərini hazırlayacaq, müəyyən hesablamalar aparacaq, bır sıra qanunvericilik aktlarına dəyişiklik ediləcək".

Ekspertin fikrincə, saatlıq əməkhaqqının iş saatından artıq və qeyri-iş günləri işləyənlərə aidiyyəti olmayacaq: "Belə çıxmasın ki, bundan sonra kim neçə saat işlədi, ona görə əməkhaqqı alacaq. Tutaq ki, kimsə dövlət qulluğunda bir inzibati vəzifə tutur, onun şərti əməkhaqqı 1000 AZN-dir və əmək müqaviləsində gündəlik 8 saat işləməsi yazılıbsa, o, əvvəlki kimi işləyəcək, onun üçün heç nə dəyişməyəcək. Və yaxud, siz jurnalistsiniz, gündə 8 saat işləməlisiniz və buna görə sizə 700 AZN pul ödənilir. Yeni qayda sizə də şamil edilməyəcək. Bunun minimum əməkhaqqı alanlara aidiyyəti olacaq". S.Məmmədov bütün hallarda belə bir müzakirənin olmasını dəstəkləyir: "Hələ MDB ölkələri bu sistemə keçməyiblər. Ola bilər ki, biz bu keçidi edən ilk ölkə olaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 02 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18.07.2026 215
.

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edilərək götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bundan başqa, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanmas

18.07.2026 194
.

Bakıda qeyri-adi kənd yumurtası - Bu əlaməti görsəniz, təəccüblənməyin

Bakı sakini qeyri-adi hesab etdiyi kənd yumurtasının fotosunu redaksiyamıza göndərib. Fotoda yumurtanın qabığının hamar olmadığı, üzərində dalğavari və qabarıq izlərin olduğu görünür. Qida eksperti Ağa Salamov -a açıqlamasında bildirib ki, yaşlı toyuqlarda deformasiyalı yumurtaların əsas səbəblərində

18.07.2026 188
.

Xırdalanda yaşayış binasında yanğın - Yenilənib

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əlav

18.07.2026 264
.

Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib

Rusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı "Volçyi Vorota" su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. "Report" xəbər verir ki, bu barədə "İnterfaks" regionun hüquq-mühafiz

18.07.2026 167
.

Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşın taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA

Bakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşla bağlı daha bir rəsmi açıqlama verilib. -ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar:. "Hazırd

00:38 151
.

Qızıl bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c

18.07.2026 177
.

İran İordaniya ordusunu öz ərazisindəki ABŞ qoşunlarına hücum etməyə çağırıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq aviabazasına raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyini bildirib. Bu barədə "Report" "Al Jazeera"ya istinadən xəbər verir. Məlumata görə, hücumun hədəfi qırıcı anqarları və hərbi aviasiya dayanacağ

18.07.2026 193
.

Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanları, eləcə də dənizkənarı istirahət zonaları istiqamətlərində nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. xəbər verir ki, bu barədə məlumat Baş Dövlət Yo

18.07.2026 166
.

TOP MP3