3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artistiBiG.AZ lent.az-a istinadən Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir.

- Faiq Ağayev harada anadan olub, neçə yaşı var?

Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub.

- Faiq Ağayev harada təhsil alıb?

Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsil almağa başlayıb. Ancaq musiqi sahəsinə gələndən sonra o, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

"Natamam təhsilimə görə elə həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm" deyib bir müsahibəsində.

- Faiq Ağayevi niyə rekordçu müğənni hesab edirlər?

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində ilk rekordu vurub.

- Faiq Ağayev nə zaman fəxri ad alıb?

2000-ci ildə Əməkdar artist, 2008-ci ilin 17 sentyabr tarixində isə Xalq artisti fəxri adına layiq görülüb.

- Faiq Ağayev evlidir?

Böyük sevgilər yaşadığını deyən sənətçi bir dəfə evli olub. O, 19 il əvvəl Nigar adlı xanımla ailə qurub. Ömrü 4 il çəkən bu evlilik başa çatandan sonra müğənni ikinci dəfə ailə qurmayıb. Bu barədə ona sual veriləndə, - "50 yaşım var, bundan sonra nə evlilik?" deyib.

- Faiq Ağayevin övladı var?

Onun 35 yaşında bir oğlu var. Oğlunun varlığını illərlə gizli saxlayıb. 17 yaşında ata olub.
2014-cü ildə Faiq Ağayev mətbuata sensasion açıqlama verir. Bu açıqlamada o, 25 yaşlı oğlunun olduğunu bildirərək vurğulayıb:
"Sən saat 04:05-də dünyaya gəldin. Mən heç nə anlamırdım. Cəmi 17 yaşım var idi. Başa düşdüyüm odur ki, anidən beş dəqiqəlik yağış yağdı. Bu gün isə başqadır. Mənim cəsur, gözəl, istedadlı oğlum, 25 yaşın mübarək. Sən yaxınsan, mən uzaq".

- Faiq Ağayev deputat olmaq istəyir?

O bu suala belə cavab verib: "Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz. İstənilən deputatdan güclüyəm. Sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada - bəli, özümü deputatlardan güclü sayıram.

- Faiq Ağayev üçün sənətdən vacib nə var? Hansı halda səhnədən gedər?

"Sənətdən vacib anam var, amma səhnədən heç bir halda getmərəm. Daha dəqiq, sənətdə olmaq mənə maraqsız olsa, gedəcəm" deyib.

- Faiq Ağayevin əlavə biznesi var?

Öz dediyinə görə yoxdur.

- Faiq Ağayev plastik əməliyyat keçirib?

Üzündə dəfələrlə estetik əməliyyatlar keçirib.

- Faiq Ağayev toya neçəyə gedir?

Onun toy qonorarı 8 min manatdır

- Faiq Ağayev kim tərəfindən bıçaqlanıb?

Xalq artisti 12 il əvvəl Rüfət adlı şəxs tərəfindən bıçaqlanıb. Bu barədə 2018-ci ildə mətbuata danışan müğənni bu fikirləri ifadə edib:

"Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladıq. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram".

- Faiq Ağayev Flora Kərimova ilə niyə küsülüdür?

Flora Kərimova bir açıqlamasında Faiq Ağayev haqqında "gey" kəlməsini işlədib.
Faiq Ağayev Xalq artisti Flora Kərimovanın onu "gey", qaşını alan biri kimi qələmə verməsinə münasibət bildirib: "Bu köhnə üsuldur. Aşığın sözü qurtaranda "dalay-dalay" deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Bu da mənim üçün böyük təhlükə olardı. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova ictimai məsuliyyəti olan bir adamdır O, sırf populizmlə məşğuldur.

- Faiq Ağayev kliniki ölüm keçirib?

Müğənni ilə bağlı ən inanılmaz faktlardan biri onun üç dəfə kliniki ölüm keçirməsi olub. Kliniki ölümlərin birində Faiq komaya düşür, ayılanda isə həkim ona deyir ki, sən ölmüşdün, dirildin.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2339   Tarix: 16 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

TOP MP3