Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi
Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib.
Professorun sözlərinə görə, söhbət yalnız "Sonar Farm" şirkətindən deyil, şirkətin yerləşdiyi depo binası və ona aid olduğu bildirilən 5 aptekdən də gedir.
Qayıbverdi İsgəndərov bildirib ki, həmin əmlakları və "Sonar Farm"ın binasını Mahirə Əsədovaya müqavilə əsasında təhvil verib. Onun sözlərinə görə, bu addım qarşı tərəfə etimad əsasında atılıb və sözügedən obyektlərin sonrakı taleyi ilə bağlı yaranan vəziyyət hazırda ciddi suallar doğurur.
Professor qeyd edib ki, şirkət və mülklərlə bağlı hazırda adı hallanan şəxsləri tanımır. O, özünün razılığı və xəbəri olmadan əmlaklarla bağlı hər hansı dəyişiklik edilməsini qəbuledilməz hesab etdiyini bildirib.
İsgəndərov açıqlamasında səhhətində yaranmış problemlərə görə məsələyə geniş şəkildə münasibət bildirmək imkanlarının məhdud olduğunu da vurğulayıb. Bununla belə, professor əsas məqamı xüsusi olaraq diqqətə çatdırıb: onun sözlərinə görə, söhbət şirkətdən, depodan və 5 aptekdən ibarət əmlaklardan gedir və həmin mülklər müqavilə əsasında Mahirə Əsədovaya etibar edilib.
Məsələnin digər tərəfi isə "Sonar Farm" şirkətinin sonrakı taleyi ilə bağlıdır. Daha əvvəl yayılan məlumatlarda şirkətin təxminən 20-21 milyon manat dəyərində olduğu, lakin 300 min manatlıq müqavilə əsasında başqa şəxsin adına keçirildiyi barədə iddialar səsləndirilib.
Mahirə Əsədova da məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edərək araşdırma aparılmasını istəyib. Sahibkar şirkətin onun iradəsindən kənar şəkildə ələ keçirildiyini iddia edir.
Beləliklə, "Sonar Farm" ətrafında yaranmış vəziyyətdə həm şirkətin, həm də ona bağlı daşınmaz əmlakların hüquqi statusu ilə bağlı bir sıra suallar açıq olaraq qalır. Professor Qayıbverdi İsgəndərov isə hüquqlarının və mülkiyyət məsələsinin araşdırılmasını istəyir.
Məsələ ilə bağlı səsləndirilən iddiaların hüquqi qiyməti yalnız aidiyyəti dövlət qurumlarının araşdırmasından və məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra müəyyənləşə bilər./Serhed.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 901 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUKMTO: Oman sahillərində daha bir tanker vurulub
Hörmüz boğazında sutka ərzində ikinci tanker atəşə tutulub. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omanın Əl-Həsəb şəhərindən 17 dəniz mili şərqdə baş vermiş insiden
21.11.2026 200 Qazaxda 4 nəfərin öldüyü qəzada ərini və qızını itirən qadın Bakıya gətirildi
Qazaxda avtomobil qəzası zamanı ağır xəsarət alan qadın Bakıya gətirilib. -ın məlumatına görə, bir neçə gün öncə qəzada yaralanan Türkan Dərgahquliyeva Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır. Xatırladaq ki, sözügedən qəzada qadının həyat yoldaşı, 9 yaşl
21.11.2026 287 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev
21.11.2026 190 Tramp onun nitqini kəsən jurnalistə arxa sıranı göstərdi - Video
ABŞ Prezidenti Donald Tramp NBC telekanalının onun çıxışına müdaxilə edən əməkdaşını kobud adlandıraraq, birinci sıradan ən arxaya keçməyi məsləhət görüb. xəbər verir ki, bu barədə TASS yazıb. Hadisə Ağ Evdə keçirilən mətbuat konfransında baş verib. "Siz olduqca kobud insansınız, mən sizinlə danışmıram
21.11.2026 133 Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - Foto/Video
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. -ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib
21.11.2026 220 Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 00 manat kredit götürərək yaşadığı evə gətirib
21.11.2026 172 Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video
İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını
21.11.2026 174 Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
00:09 130 İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək "Vidal" aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıql
21.11.2026 194