"Putinlə danışıqlarda Rusiya sərhəd qoşunlarının məhz bu ərazilərdən çıxarılacağı haqqında qərarın qəbul olunacağı gözlənilir" - Politoloq

"Putinlə danışıqlarda Rusiya sərhəd qoşunlarının məhz bu ərazilərdən çıxarılacağı haqqında qərarın qəbul olunacağı gözlənilir" - PolitoloqRusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Ermənistanda Rusiya Federasıyasına məxsus sərhəd qoşunları iki dövlət arasında 1992-ci ilin 30 martında razilaşdırılmış ,30 maddədən ibarət müqavilənin şərtlərinə əsasən yerləşdiriliblər:

"Məlum müqavilədə Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna,onların fəaliyyət sahələri və prinsiplərinə aydınlıq gətirilir,qoşunların Ermənistanda yerləşdirilməsinin səbəbləri göstərilir.Razılaşmada qoşunların İran və Türkiyə ilə həmsərhəd bölgələrdə yerləşdirilməsi barədə razılıqlar əksini tapıb.SSRİ-nin dağılmasindan sonra Ermənistanın İttifaq respublikaları ilə sərhədləri şərti olaraq respublikalar arasındakı inzibati sərhədlər əsasında müəyyənləşdirilmiş,beynəlxalq birlik tərəfindən isə 1991-ci ilin Alma-Ata bəyannaməsinin mÜddəalarIna əsasən tanınmışdı.Sonradan Ermənistanın Azərbaycana olan təcavüzü nəticəsində torpaqlar işğal altında qaldığından sərhədlər qoşunların təmas xətləri ilə əvəz olunmuş,ancaq hüquqi səciyyə təşkil etməmişdir.Azərbaycanın 44 günlük müharibədə qələbəsi ilə işğal altında olan torpaqlar üzərində dövlət suverenliyi bərpa edilmiş,sərhədlərin dəqiq müəyyənləşdirilməsi üçün demarkasiya danışıqlarına start verilmişdir.Ermənistanın Tavuş bölgəsi ilə təmas xəttində Qazax rayonuna aid olan 4 kəndin Azərbaycana qaytarılması barədə əldə edilmiş razılıq demarkasiya məsələlərində adlanan ilk mərhələ olmuşdur.
Ermənistanın Baş naziri Paşinyan bu razılıqdan sonra məlum kəndlər ətrafında Rusiya sərhəd qoşunlarının tezliklə buradan çıxarılacağı ilə bağlı fikir bildirmişdir. Dövlətlər arasında sərhədlər müəyyən edildikdən sonra hər iki tərəfdən sərhədlərin qorunması artıq bu dövlətlərin beynəlxalq qanunvericiliklə müəyyən edilmiş hüququdur.Rusiya prezidenti Putinlə danışıqlarda Rusiya sərhəd qoşunlarının məhz bu ərazilərdən çıxarılacağı haqqında qərarın qəbul olunacağı gözlənilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi

Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların

13:24 161
.

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba

15:28 99
.

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ

2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı

22.10.2026 476
.

Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır

Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri

22.10.2026 385
.

10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"

Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql

12:08 260
.

Sabah hava necə olacaq?

Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal

14:09 137
.

"Ənsarallah" Mədinəyə hücum etdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Mədinə şəhərində "Ənsarallah" Hərəkatı (husilər) tərəfindən atılmış dronlar məhv edilib. Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib. Açıqlamada hava hücumunu

22.10.2026 367
.

Avropadan Putinə iki təklif

"Financial Times" (FT) qəzetinin köşə yazarı Gideon Raxmanın sözlərinə görə, Avropada Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə təklif edilə biləcək iki variant ətrafında müzakirələr aparılır. xəbər verir ki, Raxmanın fikrincə, birinci variant mövcud cəbh

10:44 211
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

15:34 87
.