Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxacaq - VİDEO
Sumqayıt şəhərində məşq zamanı yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.
Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1514 Tarix: 22 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477