Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO
Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, Məhəbbət Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Abşeron rayon komitəsinin sədri Vahid Əliyevin bacısı oğlu və xidməti avtomobilinin sürücüsü olub. O, dayısına məxsus evdə yerləşən divanın altına qoyulmuş çantadan 90 min manat pulu gizli talayaraq mərc oyunlarına qoyub və pulun böyük hissəsini uduzub.
Məhkəmə prosesində Vahid Əliyevin oğlu zərərçəkmiş şəxs qismində tanınıb. O, ifadəsində bildirib ki, 3 il əvvəl anasına böyrək köçürülməsi məqsədilə Sumqayıtdakı evini satıb və pulu atasına məxsus evə qoyub. Bundan sonrakı dövrdə yığdığı pulları da oraya gətirərək yerləşdirən zərərçəkmiş şəxs sonuncu dəfə orada 90 min manatın olduğunu deyib.
Pulların bibisi oğlu Məhəbbət tərəfindən oğurlanması məlum olduqdan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Geridə qalan müddətdə təqsirləndirilən şəxs dəymiş zərərdən yalnız üç min manat ödədiyindən zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Məmmədova 7 il həbs cəzası verilib.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 781 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
14:27 207 Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
20:00 1 Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?
Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş
15:08 163 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
15:50 143 Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl
11:34 221 "Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
17:15 45 Yarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco
11:51 229 Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır
Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric
15:13 168 Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi
Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların
13:24 189