"Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi
"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub.
Oktyabrın 4-də "Qisasçılar: Final" filminin ümumi gəliri 2 milyard 925,5 milyon dollara çatıb. Həmin vaxt "Avatar"ın qazancı 2 milyard 923,7 milyon dollar təşkil edib. Beləliklə, iki ekran əsəri arasında fərq cəmi 1,8 milyon dollar olub.
Lakin rekord uğrunda mübarizə bununla yekunlaşmayıb. Oktyabrın 22-nə olan "Box Office Mojo" göstəricilərinə əsasən, "Qisasçılar: Final"ın dünya üzrə ümumi gəliri artıq 2 milyard 941 milyon dolları ötüb.
Xatırladaq ki, 2009-cu ildə ekranlara çıxan "Avatar" uzun müddət kino tarixinin ən gəlirli filmi hesab olunub. 2019-cu ildə "Qisasçılar: Final" bu rekordu yeniləsə də, 2021-ci ildə "Avatar"ın yenidən kinoteatrlarda nümayiş etdirilməsi liderliyin dəyişməsinə səbəb olub.
"Disney" şirkəti bu dəfə "Qisasçılar: Final"ı "Encore" adlı genişləndirilmiş versiyada tamaşaçılara təqdim edib. Təkrar nümayiş ilk həftəsonunda 86 milyon dollar, iki həftə ərzində isə ümumilikdə təxminən 126 milyon dollar gəlir gətirib.
Filmin yenidən nümayiş etdirilməsi həm də dekabrın 18-də premyerası gözlənilən "Qisasçılar: Qiyamət günü" ("Avengers: Doomsday") ekran əsərinə marağı artırmaq məqsədi daşıyır. Yeni filmdə Robert Dauni-kiçik Doktor Dum obrazını canlandıracaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 132 Tarix: 23 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl
11:34 221 Fəsil dəyişəndə bunlara diqqət edin - Həkimdən TÖVSİYƏ
İlin dörd fəsli var və qidalanma, geyim, gündəlik həyat tərzi fəsillərə uyğun olmalıdır. Biz də həyat tərzimizi həmin fəsillərə uyğun qurmalıyıq. Əgər fəslə, günə, havaya və suya uyğun davranmasaq, orqanizmin immun sistemi zəifləyə bilər. İmmun sistemi orqanların, toxumaların və hüceyrələrin birlikd
12:02 221 Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
12:38 207 "Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
17:15 45 Mirzoyan: TRIPP marşrutu ilə silah daşınması qadağan ediləcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Tramp Marşrutu" (TRIPP) boyunca silah və sursat daşınmasının qadağan ediləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Novosti-Armenia" məlumat yayıb. Diplomatın sözlərinə görə, TRIPP marşrutu ilə silahların, sursatın və bəzi digə
11:17 213 "Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
17:24 0 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
15:34 158 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
15:50 143 Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
20:00 1