Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH

Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRHHindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzləri ilə münasibətlərdə manevr imkanlarını qoruyub saxlamaqdır.

Bu gün Hindistan xarici siyasətini səciyyələndirən əsas anlayışlardan biri kimi "strateji muxtariyyət" göstərilir. Yəni, əsas qlobal güclər olan ABŞ, Rusiya, Çin, Avropa İttifaqı və qlobal Cənub ölkələri ilə münasibətləri vahid siyasi blokun maraqlarına tabe etmədən, məhz öz milli maraqları istiqamətində inkişaf etdirmək. Digər tərəfdən Hindistan ABŞ və Avropa İttifaqı ilə iqtisadi, texnoloji, həmçinin müdafiə əməkdaşlığını genişləndirirsə, Rusiya ilə ənənəvi əlaqələrini qoruyarkən, həm də Çinin yüksəlişinin idarə olunmasında maraqlıdır. Çünki Çinin Cənubi Asiyada və Hind Okeanı hövzəsində artan təsiri Hindistan tərəfindən olduqca diqqətlə izlənilən məsələdir. Yəni, Çinlə münasibətlərdə iqtisadi reallıqlar qədər təhlükəsizlik riskləri də diqqətli şəkildə dəyərləndirilir.

Azərbaycana gəldiyimiz zaman düşünürəm ki, indiki mərhələdə Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi məsələ deyil. Elə Hindistanın Xarici İşlər Nazirinin Azərbaycana bu səfərini də təsadüfi diplomatik hadisə kimi xarakterizə etməzdim. Hindistan münasibətləri normallaşdırmağı müsbət, mənfidən uzaq olmasını isə strateji olaraq məqbul dəyərləndirir. Hindistan Cənubi Qafqaz uğrunda gedən geosiyasi rəqabətdən kənarda qalmamaqla, həm də nəqliyyat və iqtisadi maraqlar ortaya qoyur. Şanxay əməkdaşlıq təşkilatının Bişkekdə keçirilən sammiti çərçivəsində Narendra Modi ilə cənab Prezident İlham Əliyev arasında da görüş baş tutmuşdu. Ardıcıllıqla baş verən görüşlərin mahiyyətinə vardığımız zaman Hindistan Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı görünür. Pakistanla baş verən gərginlik Azərbaycanla münasibətlərə də təsir etmişdi. Azərbaycana turizm səfərlərinin boykot edilməsi çağırışları da bu mənfi tendensiyanın davamı idi. 2026-cı ildə iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirildi. Ardınca sentyabrda Bişkekdə qeyd edilən görüş baş tutdu. Oktyabrın 23-də isə Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Jaishankarın Bakıya səfərinin baş tutması siyasi fikir ayrılıqlarının həllində Hindistanın maraqlı olduğunu göstərir, həm də bu fikir ayrılıqlarının enerji, nəqliyyat, ticarət və başqa sahələrdə potensial əməkdaşlığa tam maneə olmasını istəməməsindən xəbər verir. Şübhəsiz ki, Ermənistan amili Cənubi Qafqazda geosiyasi rəqabət uğrunda aktorların əl atdığı məsələdir. Bu istiqamətdə Azərbaycanın qətiyyəti və dəyişməz mövqeyi öz sözünü deyir. Hindistanla bağlı Azərbaycan üçün həssas məqam odur ki, Hindistanın Ermənistanla müdafiə əməkdaşlığı var. 2020-ci ildən sonra bu əməkdaşlığın genişləndirilməyə başlandığını gördük. Reaktiv yaylım atəşi sistemlərinin, həmçinin hava hücumundan müdafiə sistemlərinin əldə edilməsi bu genişləndirmə siyasətinin tərkib hissəsidir. Bu həm də Ermənistanın müdafiə imkanlarını diversifikasiya etmək siyasətinin bir komponentidir. Bir növ Hindistan-Ermənistan hərbi texniki əməkdaşlığı Azərbaycan-Türkiyə-Pakistan siyasi koordinasiyasına əks xətt kimi görünürdü. Lakin bunu tam zidd bloklar kimi təqdim etməyin də tərəfdarı deyiləm. Bir halda ki, tərəflər artıq üst-üstə düşməyən məsələləri belə aşmaqda maraqlı olduqlarını göstərirlər. Regional diplomatiyanı mürəkkəbləşdirməkdən daha çox ortaq nöqtələr tapılmağa çalışılır. Azərbaycanın nəqliyyat və tranzit əhəmiyyəti şübhəsiz ki, Hindistan üçün önəm kəsb edən məsələdir. Çünki Avrasiya üçün nəqliyyat və logistika imkanlarının inkişafında Azərbaycan əsas həlqədir. Bu baxımdan da Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı limanı və Ələt iqtisadi zonasının səfər çərçivəsində müzakirə edilməsi də bu mühüm hadisənin tərkib hissəsidir. Şimal-Cənub dəhlizi Hindistana İran və Xəzər hövzəsi vasitəsilə həm də Rusiya ilə birləşmək baxımından maraqlıdır. Burada bu marşrut boyu xərclərin və müddətin azaldılmasından söhbət gedir. Şərq-Qərb və Orta dəhliz də Hindistan üçün mühüm əhəmiyyət kəsb edən alternativlərdən biri kimi dəyərləndirilir. Lakin hələ də vurğulanmalı məsələ var ki, bu bütün məsələlərdə siyasi mövqələrin üst-üstə düşməsi demək olmayacaq. Lakin münasibətlərdə müsbət meyillərin və müsbətə doğru irəliləyişlərin göstəricisi qeydə alınır ki, bu da yuxarıda qeyd edilən son hər üç təmasla özünü göstərir. Azərbaycan hər bir ölkə ilə, hər bir aktor ilə konstruktiv dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa hər zaman hazırdır. Azərbaycanla Hindistan arasında münasibətlər tarixi bağlara malikdir. Hindistan mədəniyyətinin ölkəmizdə tarixi izləri var. Qlobal Cənubu isə bizi birləşdirən dəyər kimi xarakterizə edib, ortaq nöqtə tapmaqda maraqlı olmalıyıq. Hindistan Azərbaycanın neft qaz layihələrinin iştirakçısıdır. Hindistanın ONGC Videsh şirkətinin Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəmərində iştirak payı mövcuddur. Axırıncı investisiya forumunda Azərbaycana 125 milyon dollar həcmində sərmayə yatıran şirkətlərdən biri də Hindistana məxsusdur. İran müharibəsi zamanında Azərbaycan Hindistan vətəndaşlarının təxliyəsi baxımından etimad göstəricisi olan addımlar atdı. Şübhəsiz ki, bu məsələnin özü də ikitərəfli münasibətlərin bərpası baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycan hər bir aktorla qurulacaq münasibətlərin müsbət tərəfində maraqlıdır. Hindistan texnologiyalar, iqtisadi infrastruktur sahəsində ciddi inkişaf mərhələsi keçir. Həmçinin turizm sektorunu da Hindistan və Azərbaycan arasında əməkdaşlığın perspektivli sahəsi saymaq olar ki, növbəti illərdə bu sektorun daha da inkişaf etməsi gözlənilir. İnkarolunmaz reallıqdır ki, Hindistan yeni dünya nizamında Asiyada böyük iqtisadiyyata və geniş beynəlxalq əlaqələrə malik dövlətdir. Bu baxımdan da münasibətlərin inkişafı hər iki tərəfə lazımdır. Azərbaycanla dialoq Cənubi Qafqazda diplomatik əlaqələrin qorunması və iqtisadi imkanların genişləndirilməsi baxımdan vacibdir. Hindistanla münasibətlərin qurulması həmçinin böyük iqtisadiyyata və geniş beynəlxalq əlaqələrə malik dövlətlərlə əməkdaşlığın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRHŞəbnəm Həsənova - Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

15:13 168
.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

13:14 195
.

Prezident Hindistan XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycan Prezident

11:25 203
.

Avropadan Putinə iki təklif

"Financial Times" (FT) qəzetinin köşə yazarı Gideon Raxmanın sözlərinə görə, Avropada Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə təklif edilə biləcək iki variant ətrafında müzakirələr aparılır. xəbər verir ki, Raxmanın fikrincə, birinci variant mövcud cəbh

10:44 214
.

Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır

Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri

22.10.2026 393
.

"Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri

13:16 219
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

16:41 121
.

Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi

Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların

13:24 189
.

Mirzoyan: TRIPP marşrutu ilə silah daşınması qadağan ediləcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Tramp Marşrutu" (TRIPP) boyunca silah və sursat daşınmasının qadağan ediləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Novosti-Armenia" məlumat yayıb. Diplomatın sözlərinə görə, TRIPP marşrutu ilə silahların, sursatın və bəzi digə

11:17 213
.