"Xocalıda aşkar edilən kütləvi məzarlıq vandalizmin nümunəsidir"
Xəbər verdiyimiz kimi, Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 18-ə çatıb. Aşkar edilmiş meyitlər 25 ildən çox müddətə aiddir.
Bununla bağlı BiG.AZ-A deputat Aydın Hüseynov açıqlama verib.
O bildirib ki, hər ölkənin düşməni var. Amma bizim düşmənlər çox qəddar və vandalizmin bariz nümunəsidir.
"Xocalıda aşkar edilən kütləvi məzarlıq ermənilərin vəhşi olmasının sübutudur. Ermənilər 30 il əvvəl torpaqlarımızı işğal edərək orda olan bütün insanları sürgün etmiş, amansızlıqla işgəncələr veriblər. Həmçinin ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında evləri, abidələri, məscidləri də yerlə-yeksan ediblər.Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür–Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı erməni silahlı birləşmələri tərəfindən zor gücünə öz doğma ata-baba yurdundan qovulmuşdu. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "böyük Ermənistan" dövləti yaratmaq kimi cəfəng ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilmələri, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 418 Tarix: 18 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vanqa rus ulduzla qohum imiş...
Rusiyalı müğənni Filipp Kirkorov bolqarıstanlı məşhur ekstrasens Vanqa ilə qohumluq əlaqələri barədə açıqlama verib. Bu barədə nəşrinə istinadən xəbər verir. Sənətçinin sözlərinə görə, Vanqa onun ikinci dərəcəli qohumu olub. Kirkorov uşaqlıq illərini xatırlayaraq bildirib ki, ağır xəstələndiyi dövrd
22.12.2025 137 Putin Paşinyanla görüşdü
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, "Ermitaj" muzeyində keçirilən görüş Sankt-Peterburqda MDB dövlət başçılarının bugünkü qeyri-rəsm
22.12.2025 141 Nəmləndirici, yoxsa tıxanmış məsamələr - Üzünüzə zeytun yağı vurmaq olar?
Dəriyə qulluq mövzusuna maraq göstərənlərin çoxu üz üçün yağlardan istifadə etməyi sevir. Xüsusilə də bu yağ mətbəxdə artıq mövcuddursa. Zeytun yağı buna ən parlaq nümunələrdən biridir. xarici mediaya istinadla bildirir ki, onun kosmetik xüsusiyyətləri əsrlər boyu təriflənib, hətta rəvayətlərə görə Kleopatr
22.12.2025 173 Qoşqar Təhməzliyə yaxın daha bir şirkətə 3,1 milyonluq sifariş
Sosial Xidmətlər Agentliyi "Hünər-İnşaat" Firması ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyy
22.12.2025 180 "O səs deyir, davam et, hələ hər şey bitməyib"
Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, tanınmış aparıcı paylaşımında həyatın çətinliklərindən və ümidin insan üçün nə qədər vacib olduğundan bəhs edib. "Həyat sınaqlarla doludur, bəzən insanı yorur, sındırır. Amma ümid, insanı
22.12.2025 173 Müəllimlərə verilən bayram sovqatı müzakirə yaratdı - Açıqlama - Video
Son günlər sosial şəbəkələrdə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən müəllimlərə göndərildiyi iddia edilən bayram hədiyyəsi geniş müzakirələrə səbəb olub. Belə ki, görüntülərdə bayram sovqatının içində bir neçə şirniyyat məhsulunun olması birmənalı qarşılanmayıb. "Qafqazinfo" xəbər veri
22.12.2025 318 Avropada şok qalmaqal: donorun xərçəng geni yüzlərlə uşağa ötürülüb
Bir donor görünməyən genetik mutasiya səbəbindən onkoloji risk yüksək olan 197 uşağın atası olub. Uşaqlar illik müayinələrə ehtiyac duyur, bəziləri isə artıq həyatını itirib. Beynəlxalq miqyasda aparılan jurnalist araşdırması müəyyən edib ki, xərçəng riskini kəskin artıran təhlükəli genetik mutasiyanı
22.12.2025 239 Gecə sakitliyi pozanlara inzibati və cinayət məsuliyyəti
"İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi məişət səs-küyü ilə bağlı inzibati məsuliyyəti nəzərdə tutur. Belə ki, gecə vaxtı saat 24:00-dan 07:00-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini yüksək səslə çalmaq, televiziya və radioqəbulediciləri, maqnitofonları və digər texnik
22.12.2025 255 Bacı-qardaşın ölümünün detalları - "Qoxudan içəri girmək olmurdu" +Video
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Zeynəb Yaralıyeva və qardaşı 16 yaşlı Amin dəm qazından boğularaq ölüblər. "Qafqazinfo" xəbər verir ki, işdən evə gələn ana iki övladının cansız bədənini aşkar edib. Qonşular bildiriblər ki, əslən Qusar rayonundan olan ana ik
22.12.2025 210