"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir

"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilirMəşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 000+Mən" Milli Genetik Təşəbbüsünün elmi rəhbəri, professor Konstantin Severinov məlumat verib.

"Belə bir mutasiyanın olması insanın gözlənilən ömrünü qısaldır və xərçəng (Coli vəziyyətində olduğu kimi süd vəzi və ya yumurtalıq xərçəngi) xəstəliyinin daha erkən yaşlarda inkişaf riskini ciddi şəkildə artırır. Dünyada bunun qarşısını almağa imkan verən qəbul olunmuş klinik tövsiyələr var. Lakin məsələ burasındadır ki, bu göstərici yalnız hər 200 qadından birinə aid olacaq", - deyə genetik bildirib.

Alim əlavə edib ki, 2013-cü ildə Hollivud ulduzunun xərçəngə yaxalanmamaq üçün hər iki süd vəzisinin və yumurtalıqlarının çıxarılması üzrə əməliyyat keçirməsi tibbi göstəriş yox, tamamilə onun fərdi qərarı idi.

"Sözsüz ki, sözügedən risklər demək olar ki, mütləqdir. Əgər risk dedikdə xəstəliyin vaxtından əvvəl yaranması nəzərdə tutulursa, bu, dəqiq baş verəcək. Ancaq şəxs hazırda sağlamdır, təhlükə isə sonradan özünü göstərir. Bu halda ən düzgün yol yalnız vaxtında diaqnostika aparmaq və həyat tərzinə düzəlişlər etməkdir", - deyə mütəxəssis vurğulayıb.

Konstantin Severinov onu da qeyd edib ki, dünya əhalisinin təqribən 3 faizi irsi xərçəng, ürək-damar patologiyaları və digər bəzi xəstəlikləri qabaqcadan müəyyən edən yüksək riskli genlərə sahibdir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 127   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10.10.2026 416
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10.10.2026 412
.

"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…

Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb

10.10.2026 347
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11.10.2026 426
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18.10.2026 1028
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14.10.2026 709
.

Qızından Tünzalə ilə paylaşım - Fotolar

Xalq artisti Tünzalə Ağayevanın qızı Fidan onunla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Fidan anasının 50 illik yubileyində onunla çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Əbədi" şərhini yazıb

15:10 197
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17.10.2026 507
.

Ayan Babakişiyeva psixoloji travmasından danışdı

Müğənni Ayan Babakişiyeva ev təmizliyi ilə bağlı həssaslığından danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb. O, evdə təmizliyə xüsusi önəm verdiyini və xüsusilə də mətbəxi başqa birinin təmizləməsinə icazə vermədiyini bildirib:. "Məndə ev təmizliy

10.10.2026 333
.