Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstərə bilər.

2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, yeni stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə Yaşıl xətt üzrə inşa ediləcək.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bənövşəyi xəttin 5-ci stansiyasının 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Cəlil Məmmədquluzadə küçəsində yerləşən, layihə adı "B-04" olan stansiya Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli qərarı ilə "20 Sentyabr" adlandırılıb. Hazırda stansiyada tikinti işləri son tamamlama mərhələsindədir, memarlıq tərtibatı və abadlaşdırma işləri davam etdirilir. Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir.

Qurumdan bildirilib ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. İşlərin təxminən 11 ay davam etməsi planlaşdırılır. Təxminən 200 metrlik tunelin inşası ilə əlaqədar xətlər üzrə müstəqil hərəkət qrafikləri tətbiq edilib. Hazırda Yaşıl xətt üzrə qatarlararası interval 3 dəqiqə 30 saniyə, Qırmızı xətt üzrə isə 2 dəqiqə 30 saniyə təşkil edir.

Sərnişin sıxlığının azaldılması üçün qatarlararası intervalların daha da qısaldılması imkanları araşdırılır. Eyni zamanda, stansiyalardakı videomüşahidə sistemlərindən əldə olunan məlumatların süni intellekt vasitəsilə təhlili üçün həllər hazırlanır. Bu texnologiyaların sərnişin axınının və sıxlıq səviyyəsinin operativ qiymətləndirilməsinə, eləcə də mövcud resurslardan daha səmərəli istifadəyə imkan verəcəyi gözlənilir.

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov isə Bakı metropoliteninin genişləndirilməsinin zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, yeni stansiyaların tikintisi ilə yanaşı, mövcud infrastrukturun tam gücü ilə işləməsi də təmin edilməlidir. Bunun üçün Dərnəgəl və Xocəsən depolarında nəzərdə tutulan işlər tamamlanmalı, xətlərin müstəqil fəaliyyəti üçün zəruri şərait yaradılmalıdır.

Ekspert hesab edir ki, ümumilikdə, 2030-cu ilədək nəzərdə tutulan 10 stansiyanın açılması ictimai nəqliyyatda sərnişin yükünün bölüşdürülməsinə, avtobus marşrutlarının yükünün və bəzi istiqamətlərdə yol sıxlığının azalmasına kömək edə bilər. Xüsusilə Xətai, Günəşli və Əhmədli istiqamətlərindən şəhər mərkəzinə sərnişin daşımalarının yaxşılaşdırılması baxımından layihələrin əhəmiyyətini vurğulayıb.

Ə.Hüseynov metronun gələcək inkişafı ilə bağlı dairəvi xəttin yaradılmasını da vacib hesab edir. Onun fikrincə, Dərnəgül stansiyasından Sabunçu istiqamətinə, daha sonra Həzi Aslanov tərəfə yeni stansiyaların tikilməsi nəzərdən keçirilə bilər.

Ekspert Xırdalan istiqamətində yeni metro xəttinin çəkilməsini, həmçinin Sabunçu, Bakıxanov, Suraxanı, Qaradağ və Badamdar ərazilərinin metro şəbəkəsi ilə əhatə olunmasını gələcək inkişaf perspektivləri sırasında qeyd edib.

Onun sözlərinə görə, bu layihələrin reallaşması ayrılacaq investisiyalardan və metropolitenin texniki imkanlarından asılıdır. Bakı və Abşeron ərazisində əhalinin mobilliyini artırmaq, ictimai nəqliyyatın əlçatanlığını yaxşılaşdırmaq üçün metro şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi vacibdir.//Modern.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 144   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Canni İnfantino Bakıda - Video

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə

10:22 219
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

16:27 2
.

Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall

16:25 23
.

XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var

14:51 164
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

17:20 0
.

Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur

14:47 193
.

"Başqa kişidən uşaq dünyaya gətirmərəm"

Xalq artisti Röya Ayxan ikinci dəfə ailə qurmaq və ana olmaq barədə sualları cavablandırıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində danışıb. Röya başqa bir kişidən ikinci dəfə övlad dünyaya gətirməyin tərəfdarı olmadığını bildirib:. "Heç vaxt ikinc

11:02 247
.

Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdə

15:30 94
.

İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə

16:20 39
.