Sevgilisinin yerinə imtahana girmək üçün qadın kimi bəzəndi

Sevgilisinin yerinə imtahana girmək üçün qadın kimi bəzəndiHindistanda bir kişi sevgilisinin əvəzinə universitet imtahanına girmək üçün dodaq boyası çəkib və qadın paltarı geyinib.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişi tibbi müayinədən keçməyə çalışıb və sevgilisinin adına saxta sənədlər hazırlayıb. Bu üsulla hindli universitet işçilərini aldada bilib. Lakin onun planı biometrik skanerlərdə uğursuz olub.

Məlumata görə, kişi imtahan zalına girə bilib. Lakin ərizə vərəqəsindəki fotoşəkil sözügedən namizədin üzünə uyğun gəlmədiyi üçün məmurlar şübhələniblər.

Əvvəlcə fırıldaq faktını aşkar edən universitet rəsmiləri həmin şəxsi evə göndərsələr də, sonradan onun barəsində şikayət edilib və hazırda istintaq aparılır. Həmçinin, polis hindlinin sevgilisi ilə də bağlı araşdırma aparır. Çünki kişi onun sevgilisinin razılığı olmadan imtahana gedə bilməzdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1464   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qızımın səsi var, amma o siyasəti seçdi"

Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır

29.05.2026 341
.

1991-ci ildə yaradılan qapalı dünyada oksigen niyə yoxa çıxdı?

1991-ci ildə səkkiz nəfər ABŞ-ın Arizona səhrasında yerləşən hermetik şüşə konstruksiyaya daxil olaraq tam izolyasiya olunmuş ekosistemdə iki il yaşamağa başlayıb. Lakin zamanla bu "qapalı dünya"da oksigen səviyyəsi tədricən azalıb. Qaynarinfo "Space Daily" nəşrinə istinadən xəbə

29.05.2026 173
.

Ana ölümü şəhərdə artıb, kənddə azalıb - Hesabat

2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib. Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 00 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərind

29.05.2026 142
.

Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə evdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona ilki

29.05.2026 261
.

Külək əslində necə yaranır?

Gündəlik həyatda küləyə adətən yalnız bizi narahat etdikdə diqqət edirik, amma onun arxasında atmosferdə havanın hərəkətini idarə edən mürəkkəb fiziki proseslər dayanır. Qaynarinfo xəbər verir ki, küləyin əsas səbəbi Yer səthinin Günəş şüaları ilə qeyri-bərabər qızmasıdır. Qurunun və ya okeanın bəz

29.05.2026 174
.

Bakıya və Abşeron yarımadasına dolu düşməsi ehtimalı var - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 29-u saat 22:50-yə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dol

29.05.2026 89
.

Ermənistandakı Rusiya bazası ləğv edilir?

Ermənistandakı Rusiya bazasının ləğvi üçün heç bir ilkin şərt yoxdur. xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Birinci Beynəlxalq Təhlükəsizlik Forumunda bildirib. "Rusiya bazası işləyir və aktivdir və biz hələlik onun orada olmaması üçün heç bir ilkin şərt v

28.05.2026 323
.

İşsiz kişilərin sayı qadınlardan daha çoxdur

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında 152 min 197 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Onların 73 min 423 nəfəri qadın, 78 min 774 nəfəri isə kişi olub. Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın v

29.05.2026 116
.

İsrail HƏMAS-ın maliyyə şəbəkəsinin rəhbərini zərərsizləşdirdi

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS-ın maliyyə şəbəkəsinin rəhbərini zərərsizləşdirdiyini bildirib. xəbər verir ki, bu barədə İDF mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, İsrail HƏMAS-ın istehsal şöbəsinin komandirini də öldürüb. "İDF Xan Yunisə hava hücumu həyata keçirib v

28.05.2026 285
.

TOP MP3