Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər.
"Report"un məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımızı ifadə edirik.
Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.
Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət amalınız, eləcə də ictimai xadim kimi vətəndaşlıq mövqeyiniz Azərbaycan xalqının Sizə olan rəğbətini daha da artırıb.
Hörmətli cənab Prezident!
Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.
Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir.
Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız.
Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb.
Bu gün həmin tarixi irsin layiqli davamçıları olan milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir.
Sizdən xahiş edirik ki, İran İslam Respublikasında yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində qətiyyətli və əməli addımlar atılmasına şəxsən təşəbbüs göstərəsiniz.
Hesab edirik ki, bu məqsədlə Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisinin təşkil edilməsini, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılmasını, müvafiq pedaqoji kadrların hazırlanmasını, dərslik və tədris proqramlarının işlənib hazırlanmasını, eləcə də bu istiqamətdə zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılmasına ehtiyac duyulur.
Əminik ki, belə bir təşəbbüs yalnız milyonlarla insanın çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməyəcək, həm də İranın mədəni müxtəlifliyinə verilən yüksək dəyərin, ədalətə və bərabərliyə sadiqliyin parlaq nümunəsinə çevriləcəkdir.
Ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir.
Hörmətli cənab Prezident!
İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir.
Biz - Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk.
Bu məktubumuzu qələmə alarkən, Sizin də daim böyük sevgi və ehtiramla yad etdiyiniz Azərbaycanın və İranın qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın ana dilimizə həsr etdiyi ölməz misralarını dərin duyğularla xatırlayırıq.
İnanırıq ki, ana dilinə böyük məhəbbət bəsləyən bir Prezident kimi Siz bu tarixi missiyanın gerçəkləşməsi üçün öz layiqli töhfənizi əsirgəməyəcəksiniz.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının nümayəndələri:
1. Ramil İskəndərli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
2. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri
3. Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondunun rəhbəri
4. Varis Yolçiyev - Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri
5. Sevinc Əlizadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
6. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
7. Dilqəm Əhməd - "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri
8. Seyfəddin Hüseynli - "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri
9. Səadət Məmmədova - "Maarifçi Media Mərkəzi" İctimai Birliyinin sədri
10. Qəmər Bağırova - "Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri
11. Fəridə Mirişova - "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri
12. Sevinc Abdullayeva - "Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyinin sədri
13. Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmalar Fondunun rəhbəri
14. Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri
15. Şəbnəm Səfərova - "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri
16. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
17. Mübariz Əsgərov - "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri
18. Şahin Rəhmanlı - "İrəli" İctimai Birliyinin sədri
19. İradə Rzazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri
20. Lalə Sərdarlı - "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri
21. Məqsəd Sarıyev - "YENİSİ" Ədədiyyət və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi
22. Tükəzban Süleymanova - "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri
23. Fariz Xəlilli - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
24. Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri
25. Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
26. Səltənət Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri
27. Novella Cəfərova - "D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri
28. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri
29. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri
30. Əmir Əliyev - "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri
31. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri
32. Elşad Eyvazov - Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri
33. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri
34. Ayaz Mirzəyev - "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri
35. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri
36. Cəsarət Hüseynzadə - "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri
37. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri
38. Əhməd Abbasbəyli - "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri
39. Aytən Həsənova - "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyinin sədri
40. Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri
41. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri
42. Cavid Abdullayev - "Yeni Yol" Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri
43. Turanə Orucova - "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin (İB) təsisçisi və sədri
44. Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri
45. Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri
46. Nərmin Kərimova - "Göyərçin" Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri
47. Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin sədri
48. Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyinin sədri
49. Tünzalə Abduləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
50. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri
51. Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri
52. Kəramət İsmayılov - "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri
53. Fikrət Yusifov - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
54. İlqar Hüseynli - "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyinin sədri
55. Cəmilə İsbəndiyarova - "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri"
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










