"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMAİnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inamı ilə əlaqəli ola bilər.

Bəs insanı ona zərər verən münasibətdə qalmağa vadar edən əsas psixoloji amillər hansılardır? Yaş və həyat təcrübəsi bu davranışa necə təsir edir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında psixoloq Fatimə Abdullazadə bildirib ki, həyatda bəzən kənardan hər şey gün kimi aydın görünür:

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA"Münasibət dağıdıcıdır, qarşı tərəf dəyər vermir, hər gün göz yaşı və inciklik gətirir. Amma bütün bunlara baxmayaraq, insan o əlaqəni bitirə bilmir. Ayrılmaq qərarı verilir, lakin həyata keçirilmir. Hər dəfə "bu son şansıdır"deyilir, amma yenidən eyni dövrəyə qayıdılır. Bəs niyə insana onu incidən, dəyər verməyən birindən uzaqlaşmaq bu qədər çətin gəlir? Niyə şüurumuz getməli olduğumuzu dediyi halda, qəlbimiz bizi yerimizdə saymağa məcbur edir?
Mən bir klinik psixoloq olaraq bu sualın cavabını insan psixologiyasının ən dərin qatlarında-beynin işləmə mexanizmində axtarardım. İnsanı belə münasibətlərdə tutub saxlayan güc əslində sevgi deyil. Beynimizin "aralıqlı pekişdirmə"(intermittent reinforcement) dediyimiz güclü bir psixoloji mexanizmə düşməsidir".

Müsahibimiz əlavə edib ki, əgər bir insan sizə daimi olaraq pis davranırsa, siz o insandan tezliklə uzaqlaşarsınız:

"Yox, əgər yaxşı davranırsa, sağlam münasibət qurarsınız. Amma problem odur ki, zəhərli münasibətlərdə sevgi və diqqət müəyyən aralıqlarla - qeyri-müəyyən zamanlarda verilir. Məhz bu zaman beyində dopamin hormonu pik həddə çatır. Eynilə qumar və digər asılılıqlarda olduğu kimi: bu dəfə qazanmadınız, amma bəlkə "gələn dəfə qazanaram"ümidi sizi orada saxlayır. Toksik münasibətlərdə də məsələ bax elə bu cürdür. Sizi orada saxlayan qarşı tərəfin münasibəti yox, "bəlkə gələn dəfə düzələr"düşüncəsidir. Nəticədə travmatik bağlılıq və qarşı tərəfin dəyişəcəyinə ümid şiddətli emosional ağrıya səbəb olur. Beynimiz arada bir verilən kiçik diqqət damlaları ilə qidalanır,bu qeyri-sabit rəftara uyğunlaşdıqca keçmişdəki "şirin anları" xatırlayıb özünü aldadır. Şüuraltımız münasibətin özünü deyil, onun düzələcəyi ilə bağlı olan ümidə bağlanır".

Psixoloqun sözlərinə görə, insanın həyatda olduğu mərhələ və qazandığı təcrübə bu emosional girdabla mübarizə üsullarını dəyişdirir:

"Münasibətin ilk illəri və gənclik dövründə emosional dalğalanmalar daha şiddətli olur. Sevgini hər şeyin bahasına qorumaq istəyi, idealist gözləntilər və ağrının belə sevginin bir parçası kimi qəbul edilməsi uzaqlaşmağı çətinləşdirir. Daha yetkin dövrdə isə həyat təcrübəsi artdıqca insan vaxtın və şəxsi sərhədlərin dəyərini daha dərindən anlayır. Özünüdərk artdıqca destruktiv əlaqələrdən qopmaq daha şüurlu xarakter alır.
Sonda özünüzə bu sualı verin: "Mən bu münasibətdə həqiqətən sevilirəm, yoxsa sadəcə növbəti dopamin dozasını gözləyirəm?"Reallıqla üzləşmək nə qədər çətin olsa da, azadlığa aparan ilk addım bunu qəbul etməklə başlayır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 209   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə

11:19 159
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25.10.2026 328
.

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

25.10.2026 340
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

25.10.2026 338
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas

10:00 168
.

Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə

25.10.2026 607
.

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub

25.10.2026 325
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25.10.2026 380
.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə BİG.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

09:58 162
.