Lotoreyada 148 milyon udan qadın ailəsindən ayrıldı - ŞOK SƏBƏB
Britaniyalı lotereyada külli miqdarda pul udan qadın tezliklə ərindən boşanıb və ailəsindən ayrılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Şotlandiyanın Dandi şəhərindən olan Gilliyan Bayford və əri 2012-ci ildə "EuroMillions" lotereyasında 148 milyon funt sterlinq udub. Əvvəlcə britaniyalı bu pulla bütün problemlərini həll edəcəyinə qərar verib, lakin sonradan problemlərin sayının daha da artdığını etiraf edib.
Bir il üç ay sonra o, ərindən ayrılıb, çünki onlar "belə kapitalı idarə etmək stresinə dözə bilməyiblər". Tezliklə qadının ailəsi ilə münasibətləri pisləşib, baxmayaraq ki, o, öz etirafı ilə ailəsinə təxminən 20 milyon funt sterlinq xərcləyib. Bayford bütün ailə borclarını ödəyib, həmçinin daim iş macəralarına qarışan atasına və qardaşına yüz minlərlə pul verib. "Atam və qardaşım bir-bir şirkət açıb, sonra bağlayıblar. Mən onların bütün borclarını ödədim", - deyə lotereya qalibi bildirib.
O, valideynlərini səyyar evdən 517 min funt sterlinqə penthausa köçürüb. Həmçinin qardaşına yeni biznesə başlamaq üçün təxminən iki milyon funt-sterlinq verib.
Eyni zamanda Bayford iddia edir ki, qohumları onu pul inəyi kimi qəbul edib və əslində onu ailədən kənarlaşdırıblar. Məsələn, bir qardaş gizli şəkildə sevgilisi ilə evlənib və Bayfordu toya dəvət etməyib. Ata, qadının dediyinə görə, daim onun uduşlarına sahib çıxmağa və biznesini əlindən almağa çalışıb.
"Bu, çox məyusedici idi. Pul hamımızı xoşbəxt etməli idi. Lakin qohumlar tələbkar və tamahkar oldular", deyə Bayford şikayətlənib. Sonda o, bütün şikayətlərini ailəsinə açıq şəkildə bildirib və onlarla münasibəti kəsib.
Milyonerin anası iddia edir ki, onun ailəyə verdiyi iddia edilən 20 milyon funt-sterlinq haqqında şayiələr kobud şəkildə şişirdilir. O, qızını da nəvələri ilə ünsiyyət qurmağı qadağan etməkdə ittiham edib.
Bayford isə qohumlarını yalan danışmaqda günahlandırıb. "Onlardan çıxan hər söz yalandır. Onlara xoşbəxtlik arzulayıram, amma indi heç bir barışıq olmayacaq", qadın bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1735 Tarix: 17 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj
18:30 191 Elm və Təhsil Nazirliyi: "İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir"
"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb:. "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanı
12:33 229 Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI
Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu
14:22 255 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
18:15 197 Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video
Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu
20:00 0 Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
14:08 245 İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL
İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard
19:15 175 BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub
15:06 235 Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ
Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz
15:07 246