Arayik Arutyunyan: "Özümü Azərbaycan vətəndaşı sayıram"
"Arayik Arutyunyan görüş zamanı qeyd edib ki, o özünü Azərbaycan vətəndaşı sayır. Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir".
Bunu İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinin müavini Elçin Şirinov Teleqraf.com-a bildirib.
Qeyd olunub ki, komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin "rəhbər"ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.
Elçin Şirinovun sözlərinə görə, saxlanılan şəxslər mövcud şəraitdən razı olduqlarını bildiriblər.
"Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Adları qeyd olunan şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara, eyni zamanda, ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub.
Xatırladaq ki, Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan, separatçıların keçmiş "prezidenti" Arayik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan, Qarabağdakı keçmiş qondarma rejimin "xarici işlər naziri" David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətiriliblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 681 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ səfirliyi Kiyevi tərk edib
ABŞ-nin Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevi tərk edib. xəbər verir ki, bunu Kiprdə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin bütün səfirlikləri isə Kiyevdə qalıb:
28.05.2026 254 Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
Çin və ABŞ ikitərəfli ticarət şurası çərçivəsində ən azı 30 milyard dollar həcmində qarşılıqlı tarif endirimlərini müzakirə edəcəklər. xəbər verir ki, bu barədə ÇXR-in Ticarət Nazirliyi məlumat verib. "Tərəflər ticarət şurası çərçivəsində ekvivalent həcmli mallara qarşılıqlı tarif endiriminə dai
28.05.2026 262 Ermənistandakı Rusiya bazası ləğv edilir?
Ermənistandakı Rusiya bazasının ləğvi üçün heç bir ilkin şərt yoxdur. xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Birinci Beynəlxalq Təhlükəsizlik Forumunda bildirib. "Rusiya bazası işləyir və aktivdir və biz hələlik onun orada olmaması üçün heç bir ilkin şərt v
28.05.2026 147 Tramp bu 15 ölkəyə HÜCUM EDƏCƏK - Siyahıda kimlər var?
ABŞ Prezidenti Donald Tramp rəsmi olaraq hərbi müdaxilə ilə hədələdiyi ölkələrin siyahısını genişləndirib. Oman ABŞ prezidentinin potensial və ya real hədəf kimi göstərdiyi 15-ci ölkə olub. Bu barədə CNN məlumat yayıb. Analitiklərin hesablamalarına görə, Trampın ritorikası və ya siyasəti nəticəsind
28.05.2026 290 Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Müdafiə Qüvvələrinə Qəzza zolağının 70 faizinə nəzarəti təmin etmək üçün əmr verib. xəbər verir ki, bu barədə "Yerusəlim Post" məlumat verib. "Hazırda Qəzza zolağının ərazisinin 60%-i üzərində tam nəzarətimiz var. Mənim göstərişi
28.05.2026 115 İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Sizi Gürcüstan Hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. 28 Ma
28.05.2026 119 "Reuters": Qara dənizdə Türkiyə sahillərində 3 tanker hücuma məruz qalıb
Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında 3 tankerə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar qeydə alınıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Tribeca" gəmiçilik agentliyi bildirib. Məlumata görə, Palau bayrağı altında üzən "James II"
28.05.2026 236 Fransa Avropanın Ukrayna üzrə danışıqlarda tərəf kimi iştirakını istəyir
Avropa Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında vasitəçi deyil, tamhüquqlu tərəf kimi iştirak etmək niyyətindədir. APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavrö brifinqdə bildirib. "Avropa yalnız vasitəçi deyil, danışıqların tərəflərindən bir
28.05.2026 119 Paşinyan Rusiyanın qaz tədarükü ilə bağlı təhdidlərinə münasibət bildirib
Rusiya tərəfi ilə səbirli şəkildə işləməyə davam edəcəyik. APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin İrəvanın Moskva tərəfindən qaz sazişi ilə bağlı göndərilən məktuba dair sualına cavab verərkən deyib. "Bizim strategiyamız dəyişmir. Rusiya tərəfi ilə sakit
28.05.2026 286