Yeni ildə kommunal borclar silinə bilər? - CAVAB

Yeni ildə kommunal borclar silinə bilər? - CAVABSon günlər hökumətin bir neçə il əvvəl əhalinin kommunal xidmətlərə görə, borcların silinməsi barədə çoxsaylı fikirlər dolaşmaqdadır. Hökumətin yeni ildə əhalinin sosial müdafiəsi istiqamətində addım ataraq borcların silinməsinə dair qərar verəcəyi haqqında müxtəlif media orqanları məlumatlar yayır. Borclar silinə bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Sonxeber.az-a açıqlama verib.

Aydın Hüseynov sözlərinə görə, hazırda demək olar ki, ölkəmizdə insanlarda kommunal xidmətlərə görə, borcların yaranması əvvəlki illərdən fərqli olaraq yüksək deyil.

"Yəni, vətəndaşların istifadə etdikləri, işıq, su və qaza görə, aylıq borclarının ödənilməsində ödəmə mədəniyyəti xeyli yaxşılaşıb. Doğrudur, bəzi abonentlər var ki, onların ödəməsində müəyyən səbəblərə görə, gecikmələr baş verir, borclar yaranır, ancaq bu, kütləvi deyil, ümumi abonentlərin cüzi bir hissəsini təşkil edir. Millət vəkili bildirib ki, kommunal xidmətlərdə xüsusi yer tutan təbii qazdan istifadə edən abonentlər üçün hər il il yanvarın 1-dən qaz limitləri sıfırlanır ki, əhalinin böyük bir hissəsinin illik tələbat norması olan 1200 kub.metrlik güzəştli limit təbiq olunur. Ümumiyyətlə, hər il 1,5 milyon abonentin qaz limitlərinin yenilənməsi prosesi aparılır ki, bunun özü də əhalinin sosial mənafeyinin nəzərə alınmasına xidmət edir.

A.Hüseynov qeyd edib ki, bu gün dövlət üçün ən birinci prioritet işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, insanların öz doğma evlərinə geri qayıdışının daha da tezləşdirilməsidir:

"Ölkəmizin artan iqtisadi imkanları, büdcədə yaranan əlavə gəlirlər ilk növbədə bu sahəyə yönəldilir, digər istiqamətlərdə nəzərdə tutulan işlər də büdcədə müəyyən edilmiş xərc öhdəlikləri çərçivəsində tam icra olunur, həmin xərclərdə kommunal sahəyə dotasiyalar da yer alır. Yəni, hökumət dotasiya və subsidiyalarla kommunal xidmət tariflərinin aşağı həddə saxlanmasına çalışır. Ölkəmizin iqtisadi imkanları genişləndikcə mütamadi olaraq sosial tədbirlər həyata keçirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1055   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

12:39 177
.

Prezident Bakıda Forumda - Video

Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib

10:10 239
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 350
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

26.10.2026 333
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

10:40 291
.

Penitensiar xidmətə yeni rəis təyin edildi

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin yeni rəisi təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib. Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə

13:42 193
.

"Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq"

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz

11:09 171
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

16:22 0
.

Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?

ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider

13:06 181
.