"Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə qalib sərkərdə kimi yazıldı" - Deputat

"Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə qalib sərkərdə kimi yazıldı" - Deputat"Qürurverici haldır ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildiyindən, müstəqillik qazandıqdan sonra Azərbaycanda ilk dəfə Prezident seçkiləri coğrafi cəhətdən ölkəmizin hər yerində keçiriləcək".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

Deputat qeyd edib ki , Azərbaycan bayrağı Şuşada, Xankəndində, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində qürurla dalğalanır. Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə qalib sərkərdə, torpaqlarını işğaldan azad edib Bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı:

"Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2024 -cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Qürurverici haldır ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildiyindən, müstəqillik qazandıqdan sonra Azərbaycanda ilk dəfə Prezident seçkiləri coğrafi cəhətdən ölkəmizin hər yerində keçiriləcək. Bu Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. YAP-ın genişləndirilmiş iclasında partiyanın sədri cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürüldü.
2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə vəd verdi. Prezidentimiz verdiyi vədə əməl etdi. Artıq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bayrağı Şuşada, Xankəndində, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində qürurla dalğalanır. Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarını işğaldan azad edib Bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı".

Kamilə Əliyeva vurğulayıb ki, Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır:

"Cənab İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Prezident cənab İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Ölkə başçımızın daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi, Azərbaycan xalqının rifahı və həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir.
Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi vədləri yerinə yetirib. Cənab İlham Əliyev Azərbaycan xalqının ən böyük arzusunu reallaşdırdı. Cənab İlham Əliyev 30 il düşmən tapdağında olan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə xalqımızın qürurunu, mənliyini özünə qaytardı. Dünyaya Azərbaycan xalqının cəsur, mərd xalq olduğunu sübut etdi. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın dünyada nüfuzunun artması gələcəkdə yeni uğurlara, hədəflərə çatmaq üçün böyük imkanlar yaratmışdır. Qazanılan bu nailiyyətləri daha da möhkəmləndirmək, qısa zamanda yeni hədəflərə çatmaq üçün növbədənkənar Prezident seçkilərinin keçirilməsini labüd etmişdir. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərar Azərbaycan xalqının öz siyasi iradəsini ifadə etmək arzusundan irəli gəlirdi. Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır.
Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi cənab İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir.
Prezidentimiz Azərbaycanda yaşayan bütün millətləri bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dilindən, dinindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir. Vətən Müharibəsində də bütün xalqların nümayəndələri Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün də xalqımız öz Prezidentinin ətrafında birləşərək azad edilmiş şəhər və kəndlərimizi yenidən qurur.
Prezidentimizin misilsiz xidmətlərini nəzərə alaraq YAP-ın İdarə Heyəti növbədənkənar Prezident seçkilərində partiyanın sədri cənab İlham Əliyevin namizədliyini irəli sürdü".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 777   Tarix: 18 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

15:30 236
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

12:55 253
.

Bacıları bir-birindən imtina etdilər

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd

17:16 248
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

21:45 0
.

Tanınmış modeli döymüş Ziya Hüseynzadəyə hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağir Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

21:15 1
.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

20:15 104
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

22:15 1
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

16:37 233
.

Metroda ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyas

17:41 208
.