Almaniya nəşrindən iddia: Ukrayna 2024-cü ildə yeni əks-hücuma hazırlaşır?
Almaniyanın "Welt" nəşri Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildə yeni əks-hücuma hazırlaşması ilə bağlı versiyanı təqdim edən material dərc edib.
Materialda təhlükəsizlik eksperti və siyasi məsələlər üzrə məsləhətçi Niko Lanqenin fikirləri yer alıb.
Lanqenin fikrincə, Ukrayna, ehtimal ki, indi yeni əks-hücum üçün resurslar toplayır.
Yazıda bu versiyaya sübut kimi Ukraynanın ABŞ-yə verdiyi siyahıda tələb olunan silahların adları sadalanıb. Belə ki, siyahıya "Black Hawk" və "Apache" helikopterləri, "F-16" və "F-18" təyyarələri, raket sistemləri, "Abrams" tankları, pilotsuz uçuş aparatları daxil edilib.
"Ukraynanın bu sifarişi manevr müharibəsinə keçid edilməsi ilə bağlı yeni cəhddən xəbər verir", - deyə Lanqe bildirib.
Onun sözlərinə görə, ola bilər ki, yayda Ukraynanın əks-hücumları zamanı reallaşdırılmayan müxtəlif döyüş sistemlərinin kombinasiyalarından da istifadə nəzərdə tutulsun.
"Welt" qeyd edib ki, Dnepr çayının sol sahili yeni əks-hücum üçün başlanğıc nöqtəsi ola bilər.
Nəşr, həmçinin iddia edib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bu ilin iyununda başlayan əks-hücumun tərəfdarı olmayıb, sürətli irəliləyiş əldə edilmədiyi üçün strategiyanın dəyişdirilməsi ən ağlabatan variant hesab edilib və bu da lazımi vaxt qazanmağa imkan verib.
Eyni zamanda "The Washington Post" Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinaya istinadən yazıb ki, Pentaqondan sızan bəzi xəbərlər Kiyevə əks-hücum əməliyyatını təxirə salmağa kömək edib. Bu əks-hücum əməliyyatının reallaşdırılması isə ölkənin böyük həcmli silah tədarükünü gözləməsi səbəbindən təxirə salınıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 567 Tarix: 17 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?
Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Ban
27.10.2026 279 Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?
Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə
27.10.2026 288 Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu
27.10.2026 279 Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat
27.10.2026 220 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27.10.2026 142 Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI
ABŞ-ın səkkiz ştatı ChatGPT-nin təhlükəsizliyi ilə bağlı valideynlərin aldadıldığını və xidmətin uşaqlar üçün ciddi risklər yaratdığını iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiaları qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, açıqlanan təşəbbüsə Ayova, Kanzas, Nebraska, Qərbi Virciniya
27.10.2026 233 Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari
Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba
27.10.2026 330 Yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı
27.10.2026 270 Prezident qonaqlarla görüşdü - Video
Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il
27.10.2026 206