Professor Fərrux Rüstəmov: "Bu gün Azərbaycan valideyni məktəb üçün ən böyük problemdir"

Professor Fərrux Rüstəmov: "Bu gün Azərbaycan valideyni məktəb üçün ən böyük problemdir"Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin reallaşdırdığı "Məktəbdə" layihəsinin növbəti qonağı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov idi. Professor şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirdi, əhəmiyyətli mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi apardı. Paytaxtdakı 258 nömrəli orta məktəbdə reallaşan görüşdə elmi və pedaqoji fəaliyyəti ilə bağlı məktəblilərə məlumat verən qonaq söhbətini Qərbi Azərbaycan torpaqlarına qayıdışla davam etdirdi: "Dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biri Qərbi Azərbaycana qayıdışdır. O torpaqlar bizə babalarımızdan qalıb. İndi biz o torpaqlara qayıtmalıyıq. Qərbi Azərbaycanın təhsil və mədəniyyət mühiti Azərbaycana böyük ziyalılar bəxş edib. Biz necə ki "Qarabağ bizimdir, bizim olacaq" - deyib əzəli torpaqlarımıza qayıtdıq, eləcə də Qərbi Azərbaycana qayıdacağıq".

"Kaspi" qəzetinin görüşdən hazırladığı məqaləni təqdim edirik:

"Məktəb təkcə öyrənmək yeri deyil"

Professor şagirdlərin formalaşmasında məktəbin roluna da toxundu: "İndi proqramlar ağırdır. Şagirdlər dərsdən sonra repetitor yanına tələsirlər. Sosial şəbəkələrdən asılılıq yaranıb. Məktəb təkcə öyrənmək yeri deyil. Məktəbdə insan ruhu, şəxsiyyəti formalaşır. Bunlar repetitor yanında yoxdur. Biz indi daha çox intellektə fikir veririk. Amma bizə insan lazımdır. Çalışmalıyıq ki, ilk növbədə yaxşı insan olaq, sonra intellektli mühəndis də, alim də, həkim də olmaq olar. Məktəbin funksiyası da insan yetişdirməkdir. Biz nə üçün yaxşı oxumalıyıq? Artıq müharibə mərhələsini keçdik. İndi biz ermənilərlə, dünya ermənizmi ilə öz elmimizlə, təfəkkürümüzlə mübarizə aparmalıyıq. Biz indi Nobel mükafatı qazanan alimlər yetişdirməliyik". Qonaq şagirdlərə çoxlu mütaliə etməyi tövsiyə etdi.

"Hamı məktəbin üstünə düşür"

Şagirdlərdən biri: "Sizin oxuduğunuz illərdəki uşaqlarla indiki məktəblilərin həyatı arasında hansı fərqlər var?" - deyə qonağa sual ünvanladı: "Mən kənd məktəbini bitirmişəm. O zaman məktəb məbəd idi. Polis rəisi də, rayon rəhbəri də, kolxoz sədri də məktəbin qapısını döyməmiş içəri daxil ola bilməzdi. Hamı məktəbə ibadətgah kimi baxırdı. Bu gün Azərbaycan valideyni məktəb üçün ən böyük problemdir. Hamı məktəbin üstünə düşür. Məktəb günahkar hesab edilir, məktəb söyülür...". Professor son illər müəllim nüfuzunun aşağı düşməsini də narahatlıqla dilə gətirdi: "Müəllim milləti qaranlıqdan işığa çıxaran insandır. O zaman kənddə iki-üç nəfər yaxşı yaşayırdısa, onlardan biri müəllim idi. Müəllimə böyük hörmət qoyulurdu. İndi də müəllimə dövlətin dəstəyi var. Cənab Prezident dedi ki, mənim dövrümdə məktəbə gələn uşaqlar yetişdilər və Qarabağı aldılar. Biz buna görə məktəbə, müəllimə borcluyuq. Bu gün məktəbin bazası, strukturu əvvəlkindən qat-qat yüksəkdir. Valideyn-məktəb münasibətləri düzəlsə, yaxşı bir məktəb modeli qura bilərik".

"Elə ixtisaslar seçməlisiniz ki..."

"Dünya sürətlə inkişaf edir. Biz yeniyetmələr müasir dünya ilə ayaqlaşmaq üçün nə etməliyik?", - deyə soruşan şagirdə professor "yaşlı nəsil gənc nəsildən həmişə narazı olub", - deyə cavab verdi: "Sokrat "bu necə zəmanədir?" - deyə narazılığını ifadə edib. Biz Ana dilimizlə yanaşı, bir-iki xarici dil də öyrənməliyik. Hər kəs öz mədəniyyətini, tarixini bilməlidir. Müasir kommunikasiya sisteminə yiyələnməlisiniz. İxtisas seçiminə düzgün etməlisiniz. "Avropaya hansı ixtisasla gedəcəyəm?" sualı sizi düşündürməlidir. Dünyanın əmək bazarında lazım olan ixtisaslara üstünlük verməlisiniz. Bunun üçün rasional, məntiqi düşüncəyə sahib olmalısınız".

"Siz də bu silahdan istifadə edin"

"Böyük elmi kəşflər savadla bağlıdır, ya gendən gəlir", - deyə soruşan şagirdə professor Nobel mükafatçısı Əziz Sancarı nümunə gətirdi: "Əziz Sancar aldığı nişanı Atatürk muzeyinə bağışladı. "Ata, bu sizə çatmalıdır, məni ora siz göndərmişdiniz", - dedi. Qazanılan uğurlarda istedad cəmi bir faiz rol oynayır, qalanı 99 faiz zəhmətdən asılıdır. Zəhmət çəkmədən heç nəyə nail ola bilməzsiniz. Böyük alimlərin tərcümeyi-halını oxuyun. Əksəriyyəti heç yemək tapmayıblar. Millətin yeganə nicatının maariflənmə olduğunu bilib böyük əziyyətlərə qatlaşıblar. Təhsil bütün qapıları açır. Afrikanın böyük siyasətçisi Nelson Mandela "Dünyada təhsildən güclü silah yoxdur", - deyirdi. Siz də bu silahdan istifadə edin".

"Repetitorluğu məktəbə gətirməliyik"

"Təhsilin gələcəyini necə görürsünüz?", - deyə məktəbin müəllimlərindən biri sual ünvanladı:"Bu, hamımızı narahat edən sualdır" - deyə professor cavab verdi: "Təhsil kütləvi sahədir. Müəllimlik də kütləvi peşədir. Bu gün Azərbaycan təhsilində sürətli inteqrasiya baş verir. Xaricdən kifayət qədər ideyalar idxal etmişik. Fikrimcə, daha ehtiyac yoxdur. İndi o təcrübələri təhlil edib ona uyğun milli konsepsiya formalaşdırmalıyıq. Məktəbdə təmayülləşmə olmalıdır. Repetitorluğu məktəbə gətirməliyik. Hamı hər şeyi bilə bilməz. Ona görə 10-11-ci siniflər üzrə təmayül sinifləri yaradılmalıdır. Şagirdlər peşə məktəblərinə də yönəldilməlidir. Ali təhsil almadan da yaxşı peşələrə yiyələnmək olar. Valideynlər bunu dərk eləsələr, övladlarını düzgün istiqamətləndirə bilərlər". F.Rüstəmov Azərbaycan təhsilinin gələcəyindən naümid olmadığını da bildirdi: "Mən təhsilimizin gələcəyinə inanıram. Bu gün parlaq Azərbaycan gəncliyi yetişib. Gənclərimiz bizdən çox bacarıqldırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 10 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İspaniyada anomal istilər 36 nəfərin həyatına son qoydu

İspaniyada ayın əvvəlindən davam edən ekstremal isti hava şəraiti nəticəsində 36 nəfər həyatını itirib. xəbər verir ki, bu barədə "La Sexta" telekanalı məlumat yayıb. Bildirilir ki, sonuncu ölüm halı Basklar ölkəsində qeydə alınıb. Burada havanın temperaturu 39 dərəcəyədək yüksəlib. Təkcə so

28.05.2026 306
.

"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib. -ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb

15:25 138
.

Fransa Avropanın Ukrayna üzrə danışıqlarda tərəf kimi iştirakını istəyir

Avropa Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında vasitəçi deyil, tamhüquqlu tərəf kimi iştirak etmək niyyətindədir. APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavrö brifinqdə bildirib. "Avropa yalnız vasitəçi deyil, danışıqların tərəflərindən bir

28.05.2026 279
.

Evdən çıxarkən şəkil çəkmək vərdişi niyə faydalıdır? - Vaxt, pul və stressə qənaət

Evdən çıxmazdan əvvəl evin telefonla fotoşəklini çəkmək sadə bir vərdiş kimi görünsə də, gündəlik həyatda bir sıra praktik faydalar verə bilər. Qaynarinfo-nun "Better Homes & Gardens" portalına istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu üsul insanlara evdən çıxarkən dah

18:45 1
.

"Qızımın səsi var, amma o siyasəti seçdi"

Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır

11:20 236
.

Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü

10:30 167
.

Rusiya səfiri XİN-ə çağırldı

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Xarici İşlər Nazirliiynə çağırılıb. xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, diplomatdan iddia edilən hava məkanının pozulması ilə bağlı izahat tələb edilib. Daha əvvəl Rusiya səfiri Aleksey Meşkov Kiyevdəki səfirliklərin təxliyəs

28.05.2026 265
.

Çilidə 6,9 bal gücündə zəlzələ baş verib

Çilidə 6,9 bal gücündə güclü zəlzələ qeydə alınıb. xəbər verir ki, ABŞ-nin "Earthquake Report" seysmoloji nəşrinin yaydığı məlumata görə, yeraltı təkanların episentri təxminən 95 kilometr dərinlikdə, Çilinin Calama şəhərindən 35 kilometr aralıda yerləşib. Zəlzələ şəhər infrastrukturunda cidd

28.05.2026 329
.

Beyləqanda altıotaqlı ev yanaraq külə döndü

Beyləqanda altıotaqlı ev yanaraq külə dönüb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonunun Qəhrəmanlı kəndində baş verib. Məlumata görə, kənd sakini Bəhmən Etibar oğlu Kərimova məxsus 6 otaqlı yaşayış evində baş verən yanğın nəticəsində ev və içərisindəki əşyalar tamamilə yanara

10:13 177
.

TOP MP3