Kişi arvadını həyətdə tutdu: "Deyəndə ki, başqasıyla olub, dəhşətə gəldim..." – Şok

Kişi arvadını həyətdə tutdu: "Deyəndə ki, başqasıyla olub, dəhşətə gəldim..." – ŞokQusar rayonunda 1978-ci il təvəllüdlü Əbülfət qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əsməri (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi ötən il avqustun 30-da təxminən saat 21 radələrində Qusar rayonunun kəndində baş verib.

Əbülfət arvadı Əsmərin ona əvvəlki vaxtlardan xəyanət etməsindən şübhələnib. O, hadisə günü saat 21 radələrində arvadının tələsik evdən çıxaraq həyətə getdiyini, arxasınca qapını bağladığını görüb.

Bu vaxt arvadının başqa bir kişi ilə mobil telefonda danışmasından yenidən şübhələnib və ardınca gedib. Arvadının həyət sahəsində çardağın yanında dayanaraq telefonla məşğul olduğunu görüb.

Əbülfət Əsmərin telefondakı məlumatları sildiyini düşünüb və dərhal ona yaxınlaşaraq mobil telefonunu əlindən alıb, kiminlə danışdığını soruşub. Əsmər ondan telefonunu qaytarmasını istəyib və telefonu onun əlindən geri alıb.

Yataq otağında danışarkən o, həqiqəti öyrənmək məqsədilə arvadının düzgün danışacağı təqdirdə məsələni ört-basdır edib, üstündən keçəcəyinə dair yalan verib. Əsmər həqiqətən də mobil telefonda başqa kişi ilə danışdığını etiraf edib.

Bu vaxt Əbülfət Əsmərin yalandan guya onunla barışdığı görüntüsü yaradıb və onu bağışladığını bildirib. O, həmin an sərxoş vəziyyətdə olduğundan arvadının ona əvvəllər də xəyanət etdiyini düşünüb və onu öldürmək qərarına gəlib.

Bu məqsədlə yaşadığı evin həyətində, masanın üzərində olan mətbəx bıçağını götürüb və digər yataq otağındakı çarpayının üzərində olan yastığın altında gizlədib. Azyaşlı uşaqları Cəlil və Aydan yatdıqdan sonra Əsməri guya cinsi əlaqədə olmaq adı ilə evin bıçağı gizlətdiyi yataq otağına aparıb. Orada ilkin olaraq arvadı, sonra isə özü söyunub.

Bu hərəkətləri ilə guya arvadı ilə cinsi əlaqədə olacağı təəssüratını yaradıb. Əsmər çarpayının yanında olan stulların kənarında dayanaraq onu gözləyərkən yastığın altında gizlətdiyi bıçağı əlinə alıb. Arvadının bıçağı görərək qışqırmağa başlamasına baxmayaraq ona çoxsaylı zərbələr vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, çox yaxşı ailə olublar, yaxşı yola gediblər: "Mərhumun anası da, atası da məni çox istəyirdilər. Hadisədən bir müddət qabaq arvadım qonşu qadınlarla birlikdə işə getmək istədi. Əvvəlcə buna razılıq vermədim. Arvadım israr etdikdən və məndən davamlı olaraq xahiş elədikdən sonra onun işləməsinə razılaşdım.

Arvadım işə getdikdən təxminən bir ay sonra gördüm ki, gizlində telefonla danışır. Ondan gizlin şəkildə kiminlə danışdığını soruşduqda bacısıyla danışdığını söylədi. Onunla nə səbəbə gizlində danışdığını, mənim yanımda danışmadığını soruşdum. Bacısıyla öz aralarında söhbət olduğunu bildirdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 3-4 dəfə aralarında bu mövzuda dialoq olub: "Sonra mənə iş təklifi gəldi. Arvadıma dedim ki, sən daha işə getmə, mən özüm işləyəcəm. O da razılaşmayaraq işdən qalmayacağını dedi.

Bir dəfə gecə saat on ikinin yarısı arvadım dedi ki, eyvanda yatacaq. Birdən qapı səsi eşitdim. Düşündüm ki, yəqin arvadım çölə çıxıb. Təxminən yarım saat sonra avadımın qayıtmadığını gördüm. Eyvana baxdıqda orada da yox idi. Kimə zəng edəcəyimi bilmədim.

Axırda anasına zəng vurdum, o da arvadımın onlarda olmadığını dedi. Gecə saat dördün yarısı qaynanam zəng elədi ki, arvadım onlardadır. Qaynanam nə səbəbə dalaşdığımızı soruşdu. Mən isə aramızda münaqişə olmadığını dedim. Arvadımın evdən anasıgilə piyada getdiyinə inanmadım. Çünki bizim evimizdən qaynanamgilə on dörd kilometr uzunluğunda yol var".

Əbülfət daha sonra qaynanasıgilə getdiyini deyib: "Atası məndən problemin nə olduğunu soruşdu. Qızlarının işə getmək istədiyini söylədim. Ləzgi dilində "o sizin probleminizdir, bizim yox" dedi. Arvadımı götürüb evə gəldim, onun yenidən işə getməsinə razılıq verdim.

Dostum Asiflə razılaşmışdım ki, bizim evimizdə oturub bir az içki içək. Mən nadir hallarda içki içirdim. Dostumla evdə oturduq. Arvadım yeməyi gətirib stolun üzərinə qoydu. Onun yenə kimləsə telefonda danışdığını düşündüm.

Arvadım bayıra çıxdıqdan təxminən iyirmi dəqiqə sonra dalınca çıxdım. Gördüm, uşaqlar oyun oynayır. Onlardan analarını soruşdum. Analarının evin arxa tərəfində olduğunu söylədilər. Arvadımın yanına getdim. Gördüm, gizlin şəkildə telefonla danışır. Dərhal mobil telefonu əlindən aldım. Arvadımın telefonda "oldu, can" sözünü eşitdim.

Arvadım telefonu əlimdən aldı, telefonun məndə qalmasına imkan vermədi. Həmin vaxt anladım ki, arvadım telefonda pis şeylərlə məşğuldur. Biz evə qayıtdıq".

Əbülfətin sözlərinə görə, daha sonra qonağa evinə getməsini, onlarda vacib problem olduğunu bildirib: "Qonaq getdikdən sonra Əsməri ayrı otağa çağırdım. Anladı ki, onun başqa biriylə danışdığını başa düşmüşəm. Ondan telefonda danışdığı şəxslə aralarında intim əlaqə olub-olmadığını soruşdum. Əvvəlcə bunu inkar etdi. Uşaqlarımızın olduğunu bildirdim, düzünü deməsini söyləyərək təkid elədim. Bundan sonra telefonda danışdığı şəxslə intim əlaqədə olmasını boynuna aldı. Özümü çox pis hiss etdim. Bayıra çıxaraq bir qədər gəzdim.

Qayıdanda qarpız kəsmək üçün istifadə etdiyim bıçağı gördüm. Otaqda arvadım qızımızla birlikdə yatmışdı. Bıçaqla Əsmərin yanına getdim. Onu yatan yerdə boynundan vurmaq istədim. Sonra uşaqaların yanında belə hərəkət etməməyi düşündüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra o biri otağa keçib, bıçağı yastıqların altına qoyub: "Əsməri çağırdım, söhbəti burada bitirməyimizi dedim. Ondan otaqda yenə də intim söhbəti soruşdum. Arvadım bu söhbəti bağlamağı istədi. Bundan özümü əskilmiş hiss etdim. Otağın qapısını bağladım. Bıçağı götürmək üçün yastığın yanına yaxınlaşdım. Bir metr qalmış sanki arvadım nəsə hiss elədi. Əlləri ilə özünü qorudu. Bıçağı götürdükdə qışqırmağa başladı.

Qışqıranda mənə qarşı nalayiq ifadə işlətdi. "İt oğlu, məni öldürmək istəyirsən?" dedi. Bu söz də mənə pis təsit etdi. Ona bir bıçaq vurdum. Zərbənin bədəninə girdiyini və ya əlinə dəydiyini bilmədim. Yenə məni söydü. Nə qədər bıçaq zərbəsi endirdiyini bilmədim.

Zərbələrdən sonra Əsmər yerə uzandı. Mən də bıçağı atdım. Bıçaq zərbələri vurarkən əlim də şikəst oldu, bıçaq barmaqlarımı kəsdi".

Əbülfət deyib ki, hadisədən sonra qardaşı Vaqifə zəng edib: "Vaqif öz arvadı ilə birlikdə bizə gəldi. Onlardan uşaqları aparmalarını istədim ki, meyiti görməsinlər".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əbülfət 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1224   Tarix: 10 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hava dəyişəcək - Xəbərdarlıq

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı

27.10.2026 354
.

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

ABŞ-ın səkkiz ştatı ChatGPT-nin təhlükəsizliyi ilə bağlı valideynlərin aldadıldığını və xidmətin uşaqlar üçün ciddi risklər yaratdığını iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiaları qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, açıqlanan təşəbbüsə Ayova, Kanzas, Nebraska, Qərbi Virciniya

27.10.2026 233
.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

27.10.2026 228
.

Bacıları bir-birindən imtina etdilər

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd

27.10.2026 326
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27.10.2026 272
.

24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı

Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub

27.10.2026 228
.

Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"

İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru

27.10.2026 250
.

Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətil

27.10.2026 252
.