"İnsanlar bəzən zəlzələ zamanı qaydalara məsuliyyətsiz yanaşır" - EKSPERT

"İnsanlar bəzən zəlzələ zamanı qaydalara məsuliyyətsiz yanaşır" - EKSPERT"Zəlzələlər, təbii fəlakətlərdən yüz faiz sığortalanmaq olmur. Ancaq qabaqlayıcı tədbirlər ilə minimal zərər ilə qurtulmaq olur. Ona görə həriki bir şəxsin zəlzələ anında nə etməlidir ilə bağlı ilkin bilikləri olmalıdır. Bu cür hadisələr zamanı təhlükəsizlik qaydalarını praktikada tətbiq etməlidir. İlk növbədə panikaya düşmək lazım deyil. Zəlzələ anında əgər evdəsizsə, təhlükəsiz bir yer seçib titrəyişlərin bitməsini gözləmək lazımdır. Yaxşı ki bu yer öncədən müəyyən edilməlidir. Zəlzələ anında artıq biraz həyacan panika anında insan düzgün qərar verə bilsin. Bu qapı arakəsmələr olan yerlər daha etibarlıdır".

Bu sözləri BiG.AZ-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, çöldə nəqliyyat vasitəsilə hərəkət edərkən yüngül konstruksiyalı tikililərdən uzaq durmaq lazımdı:

"Dağılma, uçma təhlükəsi olan avadanlıqlardan uzaq durulmalıdır. Açıq sahələrdən uçma dağılma təhlükəsi olmayan bir amillər yoxdursa təhlükənin bitməsini gözləmək lazımdır. Nəqliyyat vasitəsini isə təhlükəsiz bir yerə çəkib maşında gözləmək lazımdır. Evdən çıxarkən işıq, su və qazı bağlamaq lazımdır. Birdə görürsüz ki, insanlar maşınlar ilə çölə axışır. Təbii ki maşınları hərəkət salıb yolun hərəkət hissələrini bağlayırlar. Yolda digər şəxslərin hərəkətinə maneçilik törədirlər. Həmin vaxtı köməyə kiminsə ehtiyacı olarsa, kimsə özünün səhhətində narahatlıq olarsa köməyə gələn tibb qrupları, nəqliyyat vasitələri yaranmış tıxac səbəbindən vaxtında çata bilmir. Buda düzgün davranış deyil. Hər kəsin evində təhlükəsizlik çantası olmalıdır. Çantanın içərisində vacib əşyalar olmalıdır. Çölə çıxdıqdan sonra təhlükə yüksəkdirsə, aidiyyəti qurumların göstərişindən sonra içəri giriş dönmək lazımdır. Təbii fəlakətlərdən yüz faiz sığortalanmışam deyə bir şey yoxdur".

Ekspert bildirib ki, təbii fəlakətlərdən yüz faiz sığortalanmışam deyə bir şey yoxdur.Hər kəs ilkin təhlükəsizlik qaydalarına əməl etməklə qorunmuş olur:

" Digər çoxmənzilli yaşayış binalarıdır. İstər fərdi yaşayış evləridə ola bilər. Hansı evlərin zəlzələyə davamlı olması bu layihədə göstərilmiş əsaslarla tikilibsə, norma və standartlara uyğundursa, keyfiyyətli tikinti materiallarından istifadə olunubsa o zaman burada heç bir təhlükədən söhbət gedə bilməz. Bu zaman daha dayanıqlı olur. İnsanlar evlərində bir otağını layihədən kənar dəyişiklik edirsə, söküntü işləri aparıb, beton arakəsmələrin yerinin dəyişdirilməsinə yaxud müdaxilələr edilməsinə yolverilməzdir. Bu cür hallar evin dayanıqlılığını azaldan amillərdir. İnsanlar ümumiyətlə təhlükə risklərinə qarşı həm mənəvi, praktik fiziki olaraq hazır olmalıdır".

Son olaraq Elmar Nurəliyev qeyd edib ki, insanlar həm iş yerlərində, həm fərdi yaşayış məntəqələrində bu cür təlimlərə və praktikaları etməlidir:

"Əfsuslar olsun ki, bəzən insanlar özü məsuliyyətsiz yanaşır. Hansısa bir binada tədbirlər keçirilsə belə nə qədər insan ora toplaşa bilər. Çoxu biganə yanaşacaq ki nəyə lazımdı. İnsanlarında buna marağı olmalıdır. Yaxşı olar ki, ümumi təhlükə risklərinə qarşı, yəni tək burada söhbət zəlzələdən getmir. Bakı şəhərində həm seysmik aktivlik, həm də sürüşmə zonaları var. Bunların hər birinin özünün kifayət qədər təhlükə riski var. Ona görə insanların ümumi olaraq təhlükə risklərinə qarşı bilik və bacarıqlarının olması vacibdir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1397   Tarix: 07 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27.10.2026 279
.

Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"

İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru

27.10.2026 250
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27.10.2026 167
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

27.10.2026 230
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27.10.2026 246
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

27.10.2026 288
.

Metroda ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyas

27.10.2026 265
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27.10.2026 142
.