"Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş (TƏFƏRRÜAT)
"Sədərək" ticarət mərkəzində sahibkar Şakir Ağayevi döyərək 30 min manat pulunu oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, məhkəmədə hadisəni törədən 1991-ci il təvəllüdlü Elnur Əmənovun özünün də "Sədərək" Ticarət Mərkəzində çalışması məlum olub. O, özü Masallıdan olan iş adamı, əmisi oğlu Xanlar adlı şəxsin ticarət mərkəzində yerləşən "İmperator" santexnika aksesuarlarının satışı mərkəzində çalışıb.
Təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada "Fastloto" kimi tanınan qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib:
"Əmim oğlu, sahibkar Xanların mağazasından pulları qumarda uduzurdum. Onun xəbəri olmasın deyə əvvəlcədən tanıdığım Şakir Ağayevin mağazasından oğurluq etməyi planlaşdırdım. Hadisədən bir gün əvvəl işlədiyim ticarət mərkəzində qara rəngli dəmir dəyənək alıb gizlətdim. Gecə saatlarında Şakirin arxasınca dükana daxil oldum və qəfildən əlimdəki dəmir dəyənəklə onun baş nahiyəsindən və üzündən vurdum. Bir neçə dəfə vurandan sonra Şakir yerə yıxıldı. O, yenidən ayağa qalxıb hər iki əli ilə belimdən tutdu. Bu zaman əlimdəki dəyənək yerə düşdü. Şakirin qollarına və ayağına təxminən 14-15 zərbə vurandan sonra dükanda pul axtarmağa başladım. Bu zaman stulun üzərində gödəkçə gördüm. Gödəkçəni əlimə götürəndə bir qədər ağır olmasını hiss etdim. İçəri cibindən rezinə keçirilmiş pulu götürüb dükandan çıxdım".
Səhəri günü Elnur Əmənov heç nə olmamış kimi "Sədərək" Ticarət Mərkəzinə gedib və əldə etdiyi pulun 12500 min manatını əmisi oğlu Xanların borcunu ödəyib, qalan vəsaitləri isə "Fastloto" kimi tanınan qumar oyununda xərcləyib.
Zərərçəkmiş Şakir Ağayev ifadəsində Elnur Əmənovu əvvəlcədən tanıdığını və "Sədərək" Ticarət Mərkəzində "Sabit" Mühafizə xidmətində mühafizəçi olduğunu bilib. Hadisə günü üzündə maska olduğundan onu tanımayıb. Həmin gün Elnur stolun üstündəki qayçını götürüb onun bədəninin müxtəlif nahiyyələrinə təxminən 30-a yaxın zərbə vuraraq xəsarət yetirib. Elnur onun 30 min manat və 2.930 dollar pulunu ələ keçirib. Hazırda dəymiş ziyan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ödənilib. Sonuncu ilə barışı, ona qarşı şikayəti və tələbi yoxdur.
Məhkəmənin hükmü ilə Elnur Əmənov Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1210 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Netanyahu-Tramp görüşünü yalnız "yeni müharibə olacaq, ya olmayacaq" çərçivəsində qiymətləndirmək düzgün deyil" - BƏHRUZ QULİYEV
"İsrailin Baş naziri Benjamin Netanyahunun ABŞ-a səfəri Yaxın Şərqdə onsuz da kifayət qədər mürəkkəb və həssas vəziyyətin hökm sürdüyü bir vaxtda baş verir. İyulun 28-də onun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü nəzərdə tutulur. Səfərin əsas məqsədi də məhz bu görüşdür. Netanyahunun hə
10:39 186 İlham Əliyevdən futbolla bağlı - Sərəncam
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqinc
14:59 162 Evlilik ildönümlərini bu paylaşımla qeyd etdi
Aparıcı Cavid Güllə ilə bağlı həyat yoldaşı Nərgiz sosial şəbəkədə paylaşım edib. Axşam.az xəbər verir ki, Nərgiz cütlüyün birgə fotosunu izləyiciləri ilə bölüşərək evlilik ildönümlərini qeyd edib. O, paylaşımına "06.07.2021" tarixini və "Nə yaxşı ki, sən varsan" sözlərini əlavə edib
15:42 132 Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib. "Qafqazinfo"nun xəbərinə görə, Tovuz sakini Leyla Rəhimova bildirib ki, maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən "Laləli" uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbi
11:03 254 Netanyahu ABŞ səfərinə hazırlaşır və Ağ Evdə Trampla görüşəcək
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi The Times of Israel-ə bildirib ki, Baş nazir saat 11:00-da Vaşinqtona yola düşəcək. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, sabah o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşməli və mərhum senator Lindsi Qrahamın dəfn mərasimində iştira
12:07 170 İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edilib
Meşə yanğınları səbəbindən İspaniyanın Madrid şəhərində, eləcə də Avila və Kastelyon əyalətlərində 116 mindən çox şəxs təxliyə edilib. "Report" "El País"ə istinadən xəbər verir. Qeyd olunub ki, zərərçəkənlərin böyük əksəriyyəti, təxminən 100 min nəfəri Madrid və Avila sakinləridir
26.07.2026 245 Yeni Britaniya hökumətinin ilk diplomatik mesajı: Zelenskinin səfəri nə vəd edir? - POLİTOLOQDAN AÇIQLAMA
Böyük Britaniyada hökumət dəyişikliyindən sonra ilk yüksək səviyyəli xarici səfər baş tutacaq. Ukrayna Prezidenti Vladimir Zelenskinin yeni baş nazir Endi Börnhemlə görüşmək üçün Böyük Britaniyaya səfər edəcəyi açıqlanıb. Bu, yeni hökumət rəhbərinin vəzifəyə başlamasından sonra qəbul edəcəyi ilk xaric
16:01 97 Netanyahunun Vaşinqtona uçuşu təxirə salınıb, səbəbi məlum deyil
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi The Times of Israel qəzetinə bildirib ki, səhər saat 11-də uçmalı olan Vaşinqtona uçuşu təxirə salınıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, PMO nə yeni uçuş vaxtı, nə də gecikmənin səbəbini açıqlayır. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal
12:14 169 Qarsdan çağırıldı - İstanbula konsul göndərildi
Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Türkiyəni
14:04 146