Balaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildi

Balaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildi4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mədəniyyət Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" ( Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı"( Azərbaycan və Türkiyə) çoxmillətli faylları vardır.

UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair qərar 6 dekabrda elan edilib.

Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyər nümunələrini dəstəklədiklərinə görə təşəkkür edib. Daimi nümayəndə eyni zamanda faylların hazərlanmasında iştirak edən ölkələrə də öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilmişdir.

Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-ə çatıb.

Balaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildiBalaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildiBalaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 943   Tarix: 06 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur. xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqdan qaynaqlandığını bildirib. Həkimin sözlərinə görə, səfərdən əvvəl uşağı

26.07.2026 372
.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsindən kənarlaşdırıldı

Roma Statutuna üzv dövlətlərin Assambleyası Nyu-Yorkda keçirilən xüsusi sessiyada seksual qısnamada ittiham olunan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanı vəzifəsindən kənarlaşdırıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki diplomatik mənbəyə istinadən məluma

26.07.2026 221
.

Bakıda evdən meyit tapıldı

Bakıda evdə bir nəfərin meyiti aşkarlanıb. BİG.AZ xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasınd

26.07.2026 405
.

Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt alətlərinin təhsil prosesində geniş yayılması tələbələrin tapşırıqları hazırlama üsullarını da dəyişib. Artıq esse, kurs işi və digər yazılı tapşırıqların bir hissəsi müxtəlif süni intellekt platformalarının köməyi ilə hazırlanır. Bu isə ali təhsil müəssisələrində akademik dürüstlüyü

14:42 115
.

İran ABŞ-ın hücumları dayandırdığı müddətdə hücumları dayandıracağını bəyan edib

İranın yüksək vəzifəli rəsmisi bazar günü Reuters agentliyinə bildirib ki, ABŞ eyni şeyi etdiyi müddətcə İran öz hücumlarını dayandıracaq. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, ABŞ-ın Prezident Donald Trampın müşavirlərinin ona hədəflərinin tükəndiyini söyləməsindən və ABŞ arsenalının tükənməsində

11:21 157
.

NYT: Avropa Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılığın güclənməsindən ehtiyat edir

Avropa müdafiə və enerji şirkətləri Avropa İttifaqının (Aİ) Rusiya qazından tamamilə imtina etməsinin ABŞ tədarüklərindən həddindən artıq asılılığa və Vaşinqtonun Avropanın enerji siyasətinə təsirinin güclənməsinə gətirib çıxara biləcəyindən narahatlıq ifadə edir. "Report" xəbər verir ki, b

26.07.2026 237
.

Binəqədidəki yanğın məhdudlaşdırıldı - Video - Yenilənib

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırd

14:23 250
.

Bakıdakı küləkli havada təhlükəli anlar - Video

Bakıda ötən gecədən etibarən müşahidə olunan güclü külək nəticəsində təhlükəli anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, külək çoxmərtəbəli binalardan birinin dam örtüyünü qoparıb. Paytaxtın 8 Noyabr prospektində isə küləyin təsirindən işıq dirəyinin yerindən oynadığı görünür. Sözügedən görüntülər

15:35 0
.

Ukrayna 2027-ci ilin ortalarına qədər Avropa raketdən müdafiə sisteminin prototipini yaratmaq istəyir

Ukrayna, Freyja kod adlı Avropa anti-ballistik sisteminin prototipinin gələn ilin birinci yarısında hazır olmasını istəyir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə yüksək vəzifəli bir məmur bildirib. Kiyev müttəfiqlərini Rusiya raketlərini vura bilən silahların çatdırılmasına kömək etməy

11:43 154
.

TOP MP3