Bayden və Qətər əmiri İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər
ABŞ Prezidenti Cozef Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.
"Liderlər sazişin həyata keçirilməsində çətinlikləri və bu çətinliklərin qısa zamanda aradan qaldırılması mexanizmlərini müzakirə ediblər", - Ağ Ev bildirib.
Tərəflər arasında ünsiyyətdə Qətər əmirindən başqa ərəb dövlətinin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl-Tani də iştirak edib. Tərəflər Qəzza zolağı ilə İsrail arasında humanitar fasilə və girovların mübadiləsi problemlərini müzakirə ediblər.
Tərəflər həmçinin İsrail və HƏMAS arasında razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün təmasları davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu, son günlər ABŞ və Qətər rəhbərliyi arasında ikinci telefon danışığıdır. Noyabrın 17-də də ABŞ Prezidenti Qətər əmiri ilə Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağında girovların dərhal azad edilməsinin vacibliyini müzakirə edib. Ağ Ev qeyd edib ki, liderlər Qəzza zolağına humanitar yardım axınının artırılması səylərini və İsrailin yanacaq tədarükünü bərpa etmək qərarı barədə də danışıblar.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq "müharibə hazırlığı"nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin "müharibə vəziyyətinə" daxil olduğunu bəyan edib. Əməliyyat "Dəmir qılınclar" adlandırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 508 Tarix: 26 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir
Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol
10:31 240 Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı
"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin
11:54 208 "Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını
15:27 215 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27.10.2026 352 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 250 "Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama
"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır
12:00 293 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
10:18 196 Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
14:22 220 Elton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı
Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin
15:04 173