İranda pensiya yaşı artırıldı: Sosial partlayış olacaqmı? - VİDEO
Səlahiyyət müddəti bitməkdə olan 11-ci çağırış İran parlamenti noyabrın 19-da ölkədə pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu qanun İbrahim Rəisi hökumətinin hazırladığı "Yeddinci inkişaf proqramı" çərçivəsində qəbul olunub. Belə görünür ki, parlamentin bu qərarı tezliklə Nəzarət Şurası tərəfindən də təsdiqlənəcək.
Bu barədə "Azad İran" "YouTube" kanalı məlumat yayıb.
Bildirilir ki, hazırda İranda "Sosial təminat haqqında" Qanunun 76-cı maddəsinə əsasən, pensiyaya çıxmaq üçün maksimum yaş həddi kişilər və qadınlar üçün müvafiq olaraq 60 və 55 yaş təşkil edir və vətəndaş ən azı 20 illik sığorta ödəmə tarixi ilə pensiyaya çıxa bilər.
Yeni qanuna görə, müxtəlif yaş səviyyələrində pensiya yaşı addım-addım və qeyri-bərabər dərəcələrlə artır. Ümumən pensiya yaşının iki il artırıldığı bildirilsə də, əslində, qeyd olunan yanaşma əsasında artım daha böyükdür. Belə ki, İran parlamentinin deputatı Möhsün Zəngənənin yeni pensiya hesablamalarını izah edərkən dediyinə görə, qulluğunun ilk ilində olan insanın pensiya yaşına təxminən 12 il əlavə olunacaq.
İranda vətəndaşlar təqaüd yaşının artırılması ilə bağlı xəbərləri həyəcanla izləyirlər. Ölkədə pensiya fondlarının əksəriyyətinin iflasa uğradığını nəzərə alan bir çox ekspertlər parlamentin bu qərarını tezliklə partlayacaq saatlı bomba kimi qiymətləndirirlər.
Hazırda pensiya fondlarının 300 trilyon tümən büdcə kəsiri var ki, bu da əsasən, hökumətin sosial təminat təşkilatına borcundan qaynaqlanır. Gələcəkdə dövlət borcunun artım tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. İndiyə qədər hökumət səhmlərin bölüşdürülməsi, zavod və fabriklərin fondların ixtiyarına verilməsi, hətta torpaqların fondlara bağışlanması və mərkəzi bankdan birbaşa və ya dolayı borc götürməklə pul inyeksiyası kimi tədbirlər görərək vəsait böhranını cilovlamağa çalışıb. Lakin bu cəhdlər nəinki uğursuzluğa düçar olub, üstəlik, dövriyyədə nağd pul kütləsinin artmasına və inflyasiyaya yol açıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 817 Tarix: 26 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir
Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol
10:31 240 Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı
"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin
11:54 208 "Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını
15:27 215 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27.10.2026 352 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 250 "Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama
"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır
12:00 293 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
10:18 196 Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
14:22 220 Elton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı
Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin
15:04 173