Qul kimi evə bağladılar, səsini qonşular eşitmədi, onu divara dirəyən tanışını öldürdü - CİNAYƏT İŞİ + VİDEO
Kişi evini təmizlətdirmək adı ilə dustağa çevirdiyi adam tərəfindən qətlə yetirilib.
Belə ki, Nəriman köhnə tanışı olan Yusiflə görüşərkən ona evini satmaq istədiyini və təmizlik işləri görəcək adama ehtiyacı olduğunu deyir. Yusif isə maddi sıxıntıları səbəbindən bu təklifi qəbul edir.
Həmin gün Nəriman Yusifi öz yaşadığı mənizlə aparır, ona təmizləyəcəyi otaqları göstərir, tapşırıqlar verir. Yusif isə heç nə düşünmədən ona qulaq asır və işə başlayır. Nəriman isə kefini pozmadan onu izləyirdi. Ümumiyyətlə, ona heç bir kömək etmir, əksinə, əlavə işlər görməli olduğunu deyir.
Otaqlarda təmizlik işləri bitdikdən sonra Yusif mətbəxi də təmizləyir, qabları yuyur. Bu vaxt Nəriman ona yaxınlaşaraq soyuducuda olan ərzaqla yemək bişirməsini tapşırır. Yusif yenə də heç bir etiraz etmədən yemək bişirir.
Axşama doğru onlar yemək yeyirlər. Yusif Nərimanla söhbət etməyə çalışır, çox yorulduğunu bildirir. Nəriman isə "hələ sabah da buradasan" cavabını verir və qəfildən bıçağın sapı ilə onun başına zərbə vurur.
Həmin günün axşamı Nəriman onu döyür, mobil telefonunu əlindən alaraq, söndürüb gizlədir və o, heç kəslə əlaqə saxlaya bilmir.
Növbəti günün səhəri Nəriman işə gedir və qapını arxadan bağlayır. Yusif qorxu ilə qapıya yaxınlaşsa da, aça bilmir. Daha sonra balkona çıxır və artıq bir dustağa çevriləcəyini dərk etməyə başlayır. Eyvandan aşağı boylanaraq qaçmağı düşünsə də, tullanmağa cəsarət etmir.
Daha sonra o, evin hər yerinə baxaraq qapının açarını axtarır. Ancaq heç nə tapa bilməyib yorulur. Çarəsizcəsinə Nərimanın gəlməsini gözləməyə məcbur olur.
Dustağa çevrilən Yusif artıq onun evinə gələn dostlarına da qulluq etməyə məcbur olurdu. Nəriman Yusifi dostlarının yanında da təhqir edirdi.
Səhər saatlarında Nəriman yatarkən Yusif yerindən durub sakit şəkildə qaçmağa cəhd edir. Bu vaxt Nəriman yuxudan oyanır, onun sinəsinə yumruq vuraraq yatağa itələyir və deyir ki, bir də belə hal olsa, onu işgəncə verərərək öldürəcək.
Növbəti gün Nəriman evdən gedəndə Yusif qapının açılmasını fürsət bilib aradan çıxmaq istəyir. Nəriman isə onun boğazından tutub divara dirəyir. Bu vaxt Yusif mətbəxdən götürdüyü bıçaqla Nərimana ard-arda zərbələr endirərək onu qətlə yetirir. Daha sonra cəsədi dəhlizdə qoyub qapını bağlayır və hadisə yerindən qaçır.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 826 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
18:15 1 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
17:07 108 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 250 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 254 Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
19:30 1 Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
10:26 236 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
18:45 2 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd
10:58 209 Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 258