Azərbaycan toylarında möhtəşəm ənənə - FOTO

Azərbaycan toylarında möhtəşəm ənənə - FOTOCanını ana vətən uğrunda fəda edən, qanıyla şanlı tarix yazan şəhidlərimizin xatirəsi müxtəlif tədbirlər xüsusi əlamətdar günlərdə, təhsil ocaqlarında və yerlərdə bir sözlə əlimizin çatıb ünümüzün yetdiyi bütün mötəbər yerlərdə ehtiramla yad edilir.

Yeni qurulan yuvaların ilk şad günü olan toylarda da öncə şəhidlərimiz dərin ehtiramla anılır, daha sonra toy məclisinə keçid baş verir. Bu ənənə İkinci Qarabağ müharibəsindən sonra geniş vüsət alıb. Demək olar ki, heç bir toy mərasimi bir dəqiqəlik sükut olmadan başlamır.

Azərbaycan toylarında möhtəşəm ənənə - FOTOYazıçı-kulturoloq Aydın Xan Əbilov Modern.az-a açıqlamasında bütün bu addımların vacibliyini vurğulayıb.

"Bu çox önəmlidir, çünki hər millətin müqəddəsləri var. Ölkəmizin var olması uğrunda öz əməyini əsirgəməmiş, mübarizə aparmış şəxslərin hər birinin ruhları qarşısında salavat çevirməli və yad edilməlidir.

Azərbaycanda da bizim millətin formalaşmağında xidmətləri olmuş, Qarabağ müharibəsində və dövlət müstəqilliyi uğrunda canından keçmiş şəxslərin müqəddəsliyini qəbul etməliyik.

Onların xatirəsini həmişə uca tutmalıyıq ki, hər zaman bütün vətəndaşlarımız, gənclərimiz hansısa təhlükə olduqda canını fəda etməyi bacarsınlar. İnsan dünyaya bircə dəfə gəlir.

Onun həyatı əlbəttə ki, dəyərlidir. Amma insan bu dünyadan da bircə dəfə gedir. Onun xatirəsi, elədikləri, fəaliyyəti bu insanlar üçün, bu dünya üçün, dövlət üçün atdığı hər bir addım onu həm cənnətə aparmalıdır, həm də onu tarixdə saxlamalı və ona rəhmət oxunması üçün şərait yaratmalıdır. Şəhidlərimizin anımı mütləq və mütləq lazımdır.

Toy mərasimlərində, ad günündə, nişan mərasimlərində, dini və yas mərasimlərində, orta məktəbin hər həftənin dərs günü başlanan zaman demək olar ki, bütün məclislərimizdə şəhidlərimizin anılması, qazilərə hörmət mütləqdir və bunu qəribçiliyə salmaq olmaz.

Əgər biz təzə toyun əvvəlində şəhidlərimizi, igidlərimizi yad edib anırıqsa, onların ruhunun da orda olmasını və xeyir-dua verməsini təmin etmiş oluruq. Şəhidlərimiz hər zaman var olsun, igidlərimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin", - o deyib.

Azərbaycan toylarında möhtəşəm ənənə - FOTOAzərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov saytımıza açıqlamasında müxtəlif tədbirlərdə, həmçinin toylarda da şəhidlərimizin ruhunun yad edilməsinin, yaşadılmasının yetişməkdə olan gəncliyə misilsiz töhfə verdiyini qeyd edib.

O, bu ənənəni çox gözəl olduğunu, xalqımızın şəhidləri həmişə uca tutduğunu bildirib.

"Hər birimizin borcudur ki, onları hər zaman yaşadaq. Ona görə mən xalqımıza təşəkkür edirəm ki, xalqımız qədirbilən xalqdır.

Onlar hamımızın övladlarıdır. Qarabağda Azərbaycanın hər regionundan igidlərin qanı tökülüb. Qarabağ bizim üçün müqəddəs bir məkan , ziyarətgahdır. Ona görə də mən çox yaxşı baxıram , hər yerdə , bütün tədbirlərdə şəhidlərimiz , qazilərimiz , onların ailələri uca tutulur.

Həmçinin müxtəlif konsertlərdə də. Son vaxtlarda toylarımızda da əlbəttə ki , şəhidlərimizin xatirəsinin yad edildiyinin tez-tez şahidi oluruq. Bu çox qürurverici məqamdır. Gənclərimizi vətəndaş yetişdiririk, onlar vətənpərvər ruhda böyüyür. Biz onları unutmamalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2685   Tarix: 25 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 258
.

Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir

Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama

11:05 204
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu

Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclə

17:32 10
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

15:33 162
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

20:00 1
.

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib

Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist

12:15 230
.

İlham Əliyev çexiyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:30 95
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.