Aydın Hüseynov: "Müharibə veteranı və hərbçilərin sosial təminatı dövlətin diqqətindədir"
"Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında sağlamlıqlarını itirmiş qəhrəman qazilərimizin, müharibə veteranlarımızın, şəhid ailələlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması dövlətimizin xüsusi diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial vəziyyəti və maddi şəraitinin yaxşılaşdırılması, mənzillə təminatı istiqamətində ardıcıl mühüm addımlar atılır. Eləcə də əlilliyi olan, sağlamlıq məhduddiyətinə malik veteranların da sosial müvainətləri artırılır. Müharibə veteranı olan, ancaq sağlamlığında problem olmayan şəxslərin də sosial müdafiəsi ilə bağlı addımlar atılır, onların da müavinətlərinin artırılması istiqamətində təkliflər nəzərdən keçirilir".
Bu barədə BiG.AZ-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında fədakarlıq göstərmiş bütün hərbçilərə və onların ailələrinə davamlı olaraq mühüm imtiyazlar, güzəştlər etməkdədir:
"Son 2 ildə dövlət başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb. Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazların əhatə dairəsi genişləndirilib, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin sosial müdafiəsi ilə bağlı bir sıra güzəştlər də nəzərdə tutulub. Şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə müavinət müəyyən edilib, onlar digər sosial qayğılarla əhatə olunurlar. Eləcə də, qazilərimiz üçün dövlətin kifayət qədər sosial dəstəyi vardır. Onlara Prezident təqaüdü və aylıq müavinətlər ödənilir, mənzil və avtomobil təminatı davamlı olaraq yerinə yetirlir".
A.Hüseynov müharibə veteranları və hərbçilərimizin pensiya təminatı, müavinətlərinin artrırılması istiqamətində də ardıcıl addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, 2021-ci ildən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin ödənilməsi təmin edilib:
"Belə ki, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Hərbçilərə qarşı bu sosial qayğının davamı olaraq Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 2024-cü il yanvarın 1-dən etibarən, 20 faiz artırılacaq".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1014 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 258 Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir
Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama
11:05 204 Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı
"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin
11:54 208 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclə
17:32 10 Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət
15:33 162 Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi
Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə
20:00 1 Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist
12:15 230 İlham Əliyev çexiyalı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:30 95 "Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama
"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır
12:00 293