Natəvanın həyat yoldaşı DANIŞDI: "Xəstələnməyinə səbəb özündən başqa hamını düşünməsi idi" - VİDEO
"Natəvan son günlərini ümidlə yaşayırdı".
Bu sözləri xərçəng xəstəliyindən dünyasını dəyişən telejurnalist Natəvan Babayevanın həyat yoldaşı Etibar Babayev ARB-yə açıqlamasında deyib.
O bildirib ki, Natəvan övladının xeyir işini görməyi çox arzulayırdı:
"Natəvan üçün valideynlərindən sonra ən böyük sevgisi övladı olub. Deyirlər ki, uşaq atadan yox, anadan yetim qalır. Mənim üçün ən ağır hiss övladımın anasız qalmağı oldu. Özü üçün yox, yaxın ətrafı üçün əlindən gələni əsirgəməyib. Natəvan 7 ilə yaxın ağır xəstəlik keçirdi. Düşünürəm ki, o, xəstə halı ilə analıq borcunu layiqincə yerinə yetirdi. Onun dünyasını dəyişəndən sonra bu hadisənin bu qədər rezonansa səbəb olacağını təsəvvür belə etmirdim. Bəlkə də onun xəstələnməyinə səbəb özündən başqa hamını düşünməsi idi. Anasını, arxasınca atasını itirdi, qısa zamanda stres yaşadı. Özündən başqa ətrafı üçün "yanan" insan olub".
Mərhumun həyat yoldaşı onun dünyasını dəyişdiyini öz gözləri ilə gördüyünü söyləyib:
"O öz xəstəliyini bilirdi, amma bu qədər ağır olacağını və dünyasını belə tez dəyişəcəyini bilmirdi. Danışmağa halı belə yox idi. Övladımızı görmək istədi və onunla görüşdü".
Qeyd edək ki, Natəvan Babayeva illər əvvəl keçmiş ANS televiziyasında çalışıb. O, son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub. Natəvan bu il iyulun 20-də Milli Onkoloji Mərkəzində 46 yaşında uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib. O, ölümündən bir gün sonra səhər saatlarında doğulduğu Salyan rayonunun Parça Xalac kəndinə gətirilərək dəfn olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1599 Tarix: 20 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşiPhone 18 nə vaxt satışa çıxarılacaq? - "Apple" vaxtı DƏYİŞDİ
"Apple" hər il sentyabr ayında tək bir təqdimat tədbiri keçirmək ənənəsindən imtina edir, bunun əvəzinə payız və yaz aylarında iki ayrı təqdimata hazırlaşır. Bizim.Media xəbər verir ki, "Apple"ın ənənəvi sentyabr smartfon təqdimat tədbirinə cəmi iki ay qalıb. Lakin şayiələr göstəri
27.07.2026 191 Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə
Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqd
27.07.2026 194 Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt alətlərinin təhsil prosesində geniş yayılması tələbələrin tapşırıqları hazırlama üsullarını da dəyişib. Artıq esse, kurs işi və digər yazılı tapşırıqların bir hissəsi müxtəlif süni intellekt platformalarının köməyi ilə hazırlanır. Bu isə ali təhsil müəssisələrində akademik dürüstlüyü
27.07.2026 214 Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının, xüsusilə də ötən əsrin 70-ci illərində Şimali Koreya tərəfindən qaçırıldığı iddia edilən Yaponiya vətəndaşlar
27.07.2026 149 Rusiya ordusu daha 2 kəndi işğal etdi
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində Kommunarovka və Donetsk bölgəsində Torskoye yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
27.07.2026 146 Ukrayna 2027-ci ilin ortalarına qədər Avropa raketdən müdafiə sisteminin prototipini yaratmaq istəyir
Ukrayna, Freyja kod adlı Avropa anti-ballistik sisteminin prototipinin gələn ilin birinci yarısında hazır olmasını istəyir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə yüksək vəzifəli bir məmur bildirib. Kiyev müttəfiqlərini Rusiya raketlərini vura bilən silahların çatdırılmasına kömək etməy
27.07.2026 189 Həm isti olacaq, həm də külək əsəcək
İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
27.07.2026 312 Çində daşqın faciəsi: Turizm obyektində 10 nəfər həlak olub
Çinin Qansu əyalətində baş verən güclü daşqın nəticəsində turizm obyektində 10 nəfər həyatını itirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, CCTV dövlət televiziyasının yaydığı məlumata görə, hadisə zamanı daha 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilib ki, iyulun 26-da əyalətin bi
27.07.2026 197 Böyük Britaniyanın Baş naziri Endi Börnhem Vladimir Zelenskini ilk xarici qonaq kimi qəbul edəcək
Burnhamın ofisindən verilən məlumata görə, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem bazar ertəsi günü Ukrayna Prezidenti Vladimir Zelenskini ilk beynəlxalq qonağı kimi qarşılayacaq. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu, Londonun Ukraynaya qətiyyətli dəstəyini vurğulayan bi
27.07.2026 199