"Qarabağdan köçən ermənilər yaxşı bilir ki, vəziyyət hansı həddə çatıb" - EKSPERT

"Qarabağdan köçən ermənilər yaxşı bilir ki, vəziyyət hansı həddə çatıb" - EKSPERT"Qarabağ köçən Ermenilerin geri qayıtması ilə bağlı Ermənistan tərəfi addımlar atmağa başlamışdı. Amma Ermənistan tərəfindən bu məsələ ilə bağlı daha çox Fransa məhkəmə işləri aktiv fəaliyyət göstərirdi. Onların ümumiyyətlə geri qayıdışı ilə bağlı işlər görülürdü. Ermənistan bu məsələni Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edirlər ki, ermənilər Qarabağa geri qayıtsın, həm də həmin ermənilərə Ermənistan vətəndaşlığı verirlər. Onlar hətta rəsmi açıqlamalar verirlər ki, Ermənistan vətəndaşı olsunlar. Pensiyalar yaxud uşaq pulu verək və s".

Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib. Ekspert bildirib ki, bu məsələdə faktiki olaraq Ermənistan səmimi görünmür:

"Daha çox istəkləri odur ki, həmin ermənilər qalsın Ermənistanda yaşasın. Çünki Ermənistanın demoqrafik vəziyyətində çox ciddi problemlər var. Məhz ona görə istəyirlər ki, onların vətəndaşlıq məsələsini həll etsinlər. Burada onlar Beynəlxalq Ədalət Məhkəməsinin hansı qərar verməyindən asılı olmayaraq, Azərbaycan tərəfinin əlində əsasları var. Hansı əsaslardı bunlar. Kənardan köçüb gələnlər - Liviya, Suriya və digər ölkələrdən köçüb gələn əhali var idi. Azərbaycan qətiyyən onları öz vətəndaşı olaraq qəbul etmək istəmir. Onlar ilə bağlı heç bir addım atmaq istəmir".

Səxavət Məmmədin sözlərinə görə, digər məsələ də var ki, bu Azərbaycana qarşı təcavüzdə, separatizmdə, Azərbaycan xalqına və dövlətinə törədilmiş cinayətlərdə əli və iştirakçı olan demək olar ki hamısı məhkəmə qarşısına çıxarılacaq:

"Bu gün də bir nəfərin həbsi gerçəkləşdi. Ədalət məhkəməsinin nə qərar verməsindən asılı olmayaraq, Azərbaycan öz düşüncəsindən və qərarlarından geri addım atmayacaq. Burada mən hətta ermənilərin geri qayıtmağına inanmıram. Çünki inandırıcı deyil. Onlarda yaxşı bilirlər ki, vəziyyət hansı həddə gəlib çatıb. İki xalqın arasında son dərəcə ciddi düşmənçilik var. Həm qarşı tərəfdən, həm də Azərbaycan tərəfdən istər hərbiçi istər də də mülki əhalidən şəhid olanlar, soyqırımılar və kütləvi qırğınlar onu deməyə əsas verir ki, gəlib orada yaşamaq ehtimalları son dərəcə aşağıdır. Bundan çəkinməyə çalışacaqlar. Hesab edirəm ki, hansısa bir məhkəmə qərarı burada rol oynamayacaq. Digər bir məsələ var ki, Azərbaycan tərəfidə qərbi Azərbaycandan köçənlərin geri qaytarılması ilə bağlı işlər görməyə başlayıb. Dolayısı ilə bu məsələdə Azərbaycan tərəfinin əli güclüdür və qərardan asılı olmayaraq istədiyinə nail ola biləcək".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1057   Tarix: 20 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

28.10.2026 296
.

Elton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı

Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin

28.10.2026 277
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28.10.2026 1
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

28.10.2026 230
.

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə

28.10.2026 0
.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

28.10.2026 289
.

Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq

Ünvanlı dövlət sosial yardımının məbləğı artırılacaq. xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğınin artmasına da səbəb olacaq. Belə ki, gələn ilin büdcə zərfində yaşayış minimumunun və ehtiyac meyarının 314 manata çatdırılması nəzərd

28.10.2026 143
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 1
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 233
.