Əbülfəs Qarayev xanımı ilə tamaşada

Əbülfəs Qarayev xanımı ilə tamaşadaXəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr olunmuş gecə keçirilib. Yubiley münasibətilə teatrın hazırladığı "Sənsiz" tamaşasının premyerası olub.

"Qafqazinfo"nun məlumatına görə, tədbirdə millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Onların arasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev də olub. O, tədbirə həyat yoldaşı ilə qatılıb.

Xatırladaq ki, Ə. Qarayav 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri, 2018- 2020-ci illərdə isə mədəniyyət naziri olub.

2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi, qurumun vəzifəli şəxsləri saxlanılmışdı.

Həmin vaxt Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra R. Bayramovun məhkəmənin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Qərara əsasən, sabiq nazir müavininin həbs müddəti 4 il 6 aya endirilib. 2023-cü ilin mayında Prezident İlham Əliyevin Sərəncamı ilə R. Bayramov əfv edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov isə tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci ilin yanvarında çıxardığı hökmə əsasən, o, 11 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra Z. Sultanovun apellyasiya məhkəməsi keçirilib. Qərara əsasən, onun həbs müddəti 5 il 6 aya endirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 17 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycana Avropadan turist axını 15 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da

17:30 119
.

Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb

2015-ci ildə çəkilmiş peyk görüntüsündə Qanadakı Bosumtvi gölünü əhatə edən qızılı zolaqlar görünür. Yerli aşanti xalqı tərəfindən müqəddəs hesab olunan bu göl və onun ətrafının təxminən 1 milyon il əvvəl nəhəng meteoritin Yerə düşməsi nəticəsində formalaşdığı bildirilir. Qaynarinfo xəbər verir ki, Bosumtv

29.05.2026 299
.

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağ

15:38 208
.

Azərbaycanda məktəblər gözləniləndən TEZ BAĞLANACAQ - TARİX AÇIQLANDI

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində bu il dərs ili 2 gün tez başa çatacaq. BİG.AZ -a istinadla xəbər verir ki, iyun ayının 13-ü şənbə, 14-ü isə bazar gününə təsadüf etdiyindən sonuncu dərs günü iyunun 12-si olacaq. Qeyd edək ki, ölkədə dərs ili ənənəvi olaraq sentyabrın 15-də başlayı

18:13 144
.

ABŞ-dən KRİTİK QƏRAR: Vaşinqton bəzi ölkələrin müdafiəsinə pul xərcləməyəcək

"ABŞ bundan sonra varlı dövlətlərin müdafiə xərclərini öz üzərinə götürməyəcək". xəbər verir ki, bunu ABŞ hərb naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxış edərkən bildirib. "ABŞ-nin zəngin ölkələrin müdafiəsini subsidiyalaşdırdığ

12:15 157
.

İşsiz kişilərin sayı qadınlardan daha çoxdur

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında 152 min 197 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Onların 73 min 423 nəfəri qadın, 78 min 774 nəfəri isə kişi olub. Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın v

29.05.2026 281
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru, Alidə Hüseynova dünyasını dəyişib. Teleqraf xəbər verir ki, pedaqoq səhətində yaranan problemlər sonrası həyatını itirib. Məlumat üçün bildirək ki, mərhum 21 ilə yaxın sözügedən tədris müəssisəsində direktor işləyib

29.05.2026 350
.

İlham Əliyev Xorvatiya Prezidentinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev xorvatiyalı həmkarı Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalq

11:26 169
.

Limonlu su zərərli ola bilər - Bu məhsullarla qarışdırmayın

Limonlu su bəzi qidalarla birlikdə qəbul edildikdə mədəni qıcıqlandıra, həzmi çətinləşdirə və qida maddələrinin mənimsənilməsinə təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu məşhur içki müəyyən məhsullarla birlikdə istifadə olunduqda mədə yanması, narahatlıq və həzm problemləri yaranır. xaric

14:45 149
.

TOP MP3