"Qarabağ məsələsini həll etmiş Azərbaycan niyə Ermənistanın şərtləri ilə masaya oturmalıdır?" - AÇIQLAMA

"Qarabağ məsələsini həll etmiş Azərbaycan niyə Ermənistanın şərtləri ilə masaya oturmalıdır?" - AÇIQLAMA"Cənubi Qafqaz uğrunda mübarizə gedir və proses bundan ibarətdir. Rusiya və Amerika- yəni ümumiyyətlə qərb cəbhəsi arasında məsələdə budur. Qərb cəbhəsinin əsas hədəfi isə Azərbaycan yox Rusiyadır. Rusiyanı bölgədən çıxarmaq istəyirlər. İlk olaraq Ermənistandan çıxarmağa çalışırlar. Paşinyan hakimiyyətinin həyata keçirdiyi siyasət, son edilən açıqlamalar son proseslər bu istiqamətdə gedir. Lakin Rusiyanın Ermənistandan çıxacağı təqdirdə Cənubi Qafqazdanda çıxmış sayılır. Çünki Azərbaycanda Rusiyanın təsiri yoxdur. Gürcüstanda Amerikanın təsirləri hələ də var. Müəyyən qədər Rusiya son vaxtlar isə açıqca Amerika təsirləri mövcuddur. Lakin Rusiyanı oradan çıxarmaq Cənubi Qafqazı tamamilə ələ almaq demək deyil. Çünki Ermənistan - Azərbaycan arasındakı sülh müqaviləsindən çox şey asılıdır. Yəni Ermənistan Azərbaycan ilə sülh müqaviləsini imzalamasa və kommunikasiyaların açılmayacağı təqdirdə Ermənistan dalan ölkəsi olaraq qalır. Rusiya olsun ya da olmasın bunun fərqi yoxdur".

Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, Qərbin etməyə çalışdığı budur ki, sülh müqaviləsi Rusiyanın Ermənistandan çıxarılmasına paralel olaraq qərb masasında imzalansın:

" Azərbaycan təbii ki, heç bir danışıqların əleyhinə deyil. Əvvəldən əsas mövqeyimiz bu olub. Burada qəribə bir prinsip durur. Əgər qərb Azərbaycan tərəfi Brüsseldə və Vaşinqtonda, digər ölkələrdə danışıqlar aparsın istəyirsə bunun üçün Azərbaycanın tələblərini yerinə yetirməlidir. Azərbaycan əsas tələbi həmişə ilk olaraq Qarabağda erməni separatizminin ləğvi və qoşunlarının çıxarılması olub. Bu öhdəliyi Ermənistan yerinə yetirmədi. Azərbaycan 24 saat ərzində suverenliyini təmin etdi. Artıq Ermənistan tərəfi bir qədər zəifləyib. Çünki danışıqlar masasında Azərbaycana qarşı irəli sürə biləcəyi bir kart qalmır. İndiki halda Azərbaycanın istəyi tam bəlli olduğu üçün əli daha da güclənib".

Asif Nərimanlının sözlərinə görə, prinsip cəhətdən sülh müqaviləsi imzalanmasa Azərbaycan tərəfi çox bir şey itirmir:

" Əsas Zəngəzur dəhlizi məsələsi idisə biz bunu İran üzərindən belə həyata keçirə bilərik. İran marşrutu da aktualdır. Yaxın dövr üçün bizim çıxış yollarımız var. Müqavilə imzalanmadığı üçün Ermənistan regiondan kənarda qalır və dalan ölkəsi olaraq qalmağa davam edir. Bu isə həm Rusiyadan iqtisadi baxımdan asılılığı artırır, həm də qərb ölkələri üzərindəki planları baş tutmur. Azərbaycan qərb ilə o zaman razılaşar ki, konkret şərtləri yerinə yetirilsin. Qarabağ məsələsini tamamilə həll etmiş Azərbaycan niyə Ermənistanın şərtləri ilə masaya oturmalıdır? Ermənistanın sülh danışıqları ilə bağlı açıqlamalarda mövqe göstərərək, öz şərtlərini irəli sürürlər. Yəni bu Azərbaycan tərəfinə sərf etmir. Sərhədlər məsələsində həm Qazaxın 7 kəndi, həm Kərki kəndinin qaytarılması tam hüquqa uyğundur. Azərbaycanın hüquqi tələbidir. O cümlədən SSRİ dövründə Ermənistana otlaq və əkin sahəsi kimi verilən böyük ərazilər var. Onların taleyi həll edilməlidir. Biz hələ də Zəngəzur məsələsini aktual olaraq saxlayırıq və Ermənistan öhdəlik götürür. Azərbaycan bilir ki ən azından bu istiqamətdə müəyyən danışıq olmalıdır".

Siyasi şərhçi qeyd edib ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda və onların qoyduğu şərtlərdən aydın olur ki, Qazaxın 7 kəndi və digər məsələlər həll edilmir:

" Delimitasiya yalnız SSRİ dağıldığı dövrdə olan xətlərlə baş verir. Bu isə Azərbaycana sərf etmir. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq bu danışıqlardan imtina edir. Qərb cəbhəsinin son vaxtlar təzyiqi bundan qaynaqlanır. Rəsmi Bakını buna məcbur etməyə çalışırlar. Azərbaycanın əsas istəyi isə regional çərçivədə həllidir. Regionda əməkdaşlıq platforması yaradılır və bu böyük bir planın hissəsi kimi görünür. Bu gələcəkdə regionun perspektivləri baxımından əhəmiyyətlidir. Amerika təbii ki böyük ölkədir. Azərbaycana təzyiqi bir qədər təhlükəli görünə bilər. Burada itirən tərəf Amerika olacaq. Cənubi Qafqazda faktiki olaraq, Azərbaycana razılığı olmasa məsələlərə Amerikanın təsir etmək imkanı olmayacaq. Qərbin Azərbaycana təzyiqinə qarşı biz həmişə Türkiyə həmişə qalxan rolunu oynayıb. Azərbaycanın üzərinə o qədər gedə bilməzlər. Çünki Türkiyənin üzərinə getmək sayılır. Onlar Türkiyəni itirməyə belə gözardı edə bilməzlər. Rəsmi Bakı bu strategiyanı çox gözəl şəkildə hesablayır. Mümkün olaraq qarşı tərəfdə kimin əlində nə olduğunu bilir. Ona görə öz siyasi xəttini yürüdür. Vaşinqtondan milli maraqlara zidd görünən bu cür mövqe regionda Amerikanın özünün bölgədəki imkanlarını sıradan çıxara bilər".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1150   Tarix: 17 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.