Bakıda "yaşıl soyqırım" – "İnvest.M Construction"la bağlı faktlar prokurorluğa göndərildi (FOTOLAR)
Nəsimi rayonunda "yaşıl soyqırım"la gündəmə gələn "İnvest.M Construction" MMC yenə də bu fəaliyyətini davam etdirir.
Qaynarinfo xəbər verir ki, şirkət bu dəfə də Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə ağacları qanunsuz kəsib.
Məlumata görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələdən xəbərdardır. Məsələ ilə bağlı müvafiq araşdırlmaların aparıldığı da bildirilir.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiq edib. "Sözügedən ərazi ilə bağlı "İnvest.M Construction" MMC-nin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üzrə layihə sənədləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəsisləri tərəfindən qiymətləndirilib və tikinti altına çox sayda yaşıllıq - 173 ədəd ağac və 37 ədəd kol düşdüyündən müraciətə ekoloji rəy verilməyib", - deyə o bildirib.
Mətbuat katibi qeyd edib ki, cari ilin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən adıçəkilən ərazidəki ağacların budanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Cavab məktubunda bildirilib ki, yaşıllıqlara aqrotexniki qulluq, həmçinin budama xidməti göstərilməsi ilə bağlı Nazirlik tərəfindən rəy verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bununla belə torpaq mülkiyyətçiləri tərəfindən aparılmalı olan budama işləri yalnız yaşıllıqların mühafizəsi və inkişafına xidmət etməlidir.
"Ötən müddət ərzində "İnvest.M Construction" MMC tərəfindən dəfələrlə tikinti işlərinin aparılmasına cəhd edilıb, bu zaman yaşıllıqların qanunsuz götürülməsi faktları aşkarlanıb. Təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər bir hal üzrə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib", - deyə Elnur Ağayev əlavə edib.
Həmin ərazidən 2021 və 2022-ci ildə çəkilən fotoları təqdim edirik. Fotolardan da aydın görünür ki, ərazidə yaşıllıq sözün əsl mənasında məhv edilib.
Xatırladaq ki, cari ilin may ayında "İnvest.M Construction" MMC-nin Mirəsəddulla Mirqasımov küçəsi 4 ünvanında ağacları kəsdiyi barədə məlumat yayılmışdı.
Ərazinin 2021-ci ildə çəkilmiş fotosu
Ərazinin 2023-cü ildə çəkilmiş fotosu
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 954 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşağa "yox" deməyi necə öyrətməli?
Yeddi yaşlı qız sinif yoldaşı iki dəfə xahiş etdiyi üçün sevimli oyuncağını ona verir. Çünki imtina etməyi ayıb hesab edir. Bir saat sonra isə otağında ağlayır. Halbuki heç kim oyuncağını sındırmayıb və ya zorla əlindən almayıb. Onun qardaşı isə oxşar vəziyyətdə sakit şəkildə "yox" deyir v
28.10.2026 215 Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
28.10.2026 264 "Həyat yoldaşım iki ev arasında qalıb"
"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya
28.10.2026 283 Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib
28.10.2026 152 Moskvada həşəratlar üçün otel yaradıldı
Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas
28.10.2026 250 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 169 İspaniyada üçgünlük matəm elan edildi
İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə
28.10.2026 115 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
28.10.2026 146 Çia toxumundan nə qədər istifadə etmək olar?
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə
28.10.2026 200