"Bravo"ya basqın törədənlərin məhkəməsi: "Falçı deyib ki, hücumun nəticəsi yaxşı olacaq" - FOTO

"Bravo"ya basqın törədənlərin məhkəməsi: "Falçı deyib ki, hücumun nəticəsi yaxşı olacaq" - FOTO"Bravo" hipermarketinə silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun istintaq dövründə verdiyi ifadəsi elan olunub.

D.Qüdrətov əvvəlki iclasda sərbəst ifadə vermişdi. Onun həmin ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyətlər müəyyən edildiyinə görə əvvəlki ifadəsinin elan edilməsi uyğun görülüb.

Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.

D.Qüdrətov Ruhlanla tanışlığının necə yarandığını və "Bravo"ya basqın planı barədə danışıb. Onun ifadəsindən məlum olub ki, cinayətin əsas təşkilatçısı Ruhlan İsmayılov hücumdan əvvəl falçı ilə də məsləhətləşmə aparıb:

"Ruhlanla ilk tanışlığım tələbə vaxtı yaranıb. O da, mən də Peşə liseyində təhsil alırdıq. İkimiz də eyni qrupda oxuyurduq. Hücuma gəlincə bu barədə ilk təklif Ruhlandan gəldi. Dedi ki, o bundan əvvəl də cinayət törədib, narahat olacaq bir şey yoxdur. Bu sözdən sonra məndə ona inam yarandı. Razılaşdıq ki, hücumda istifadə olunacaq avtomat da mənim adıma alınsın. Açığı mən bir ara hücumda iştirak etməkdən imtina etmək istədim. Sonra məni fikrimdən yayındırdı. Dedi ki, falçıya da baxdırıb, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq. Hücumla bağlı bizə əlavə maşın lazım idi. Ona görə də Azər Məmmədovu da işə cəlb edildi. Azərin "BMW X5" markalı avtomobili var idi. Plana görə, Ruhlan hipermarketin mühafizəçisini, mən də inkasatorun sürücüsünü öldürməli idim. Plan yerinə yetirdikdən sonra da mən öz işimə, Azər də maşını ilə Qəbələyə getməli idi".

D.Qüdrətovun məhkəmədə və ibtidai istintaqa verdiyi ifadələri arasındakı əsas ziddiyyətlərdən biri onun hücumda könüllü və ya hədə-qorxu ilə iştirakı məsələsidir. Hakim də məhz bu nüansa toxunub:

"Bundan əvvəlki iclasda dediz ki, Ruhlan sizə hədə-qorxu gəlib, deyib ki hücumda iştirak etməsən valideynlərini öldürəcək. Ona görə etməyə razı olmusuz. Amma istintaq dövründə 1 dəfə də belə bir söz deməmisiz. İndi hansı ifadənizə inanaq?"-deyə hakim soruşub.

Təqsirləndirilən şəxs əvvəlki ifadəsindən imtina edib, təzyiq altında dindirildiyini deyib:

"Mənə təzyiq göstərdilər, ona görə elə danışdım. Ona görə məhkəmədə dediklərimin əsas götürülməsini xahiş edirəm".

Digər təqsirləndirilən şəxslər də ibtidai araşdırma dövründə təzyiq altında ifadə verdiklərini deyiblər.

Prokuror təqsirləndirilən şəxsin təzyiq altında dindirilməsini inandırıcı hesab etməyib:

"Sizə niyə təzyiq göstərsinlər ki? Hər şeyi rahat danışmısız. Hansı sözü sizdən almaq istəyiblər ki? Mən bunu başa düşmürəm".

Azər Məmmədovun vəkili Pərviz Məmmədov isə təqsirləndirilən şəxsin müvəkkili ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırmaq üçün ona bir neçə sual verib:

"İfadənizdə 23 dəfə Azərin adını çəkmisiz. Siz ümumiyyətlə Azəri tanıyırdız? Onun cinayətin təşkili ilə bağlı məsələlərdə rolu olubmu? Digər bir məsələ isə hadisədən sonra Azərin maşını ilə Qəbələyə qaçacağınızı demənizdir".

Təqsirləndirilən şəxs Azərlə heç bir münasibətinin olmadığını, onun haqda Ruhlandan eşitdiyini deyib. O, A.Məmmədovun avtomobili ilə Qəbələyə qaçmaq istəmələri ilə bağlı dediklərini də təkzib edib.

Prosesin sonunda təqsirləndirilən şəxslərin təzyiq altında ifadə vermələri barədə iddialarının araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib.

Qərar Bakı İstintaq Təcridxanasına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Baş Prokurorluğa göndərilib.

Növbəti proses dekabrın 22-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ həbs qətimkan tədbiri seçilib.
"Bravo"ya basqın törədənlərin məhkəməsi: "Falçı deyib ki, hücumun nəticəsi yaxşı olacaq" - FOTO"Bravo"ya basqın törədənlərin məhkəməsi: "Falçı deyib ki, hücumun nəticəsi yaxşı olacaq" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1060   Tarix: 15 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşağa "yox" deməyi necə öyrətməli?

Yeddi yaşlı qız sinif yoldaşı iki dəfə xahiş etdiyi üçün sevimli oyuncağını ona verir. Çünki imtina etməyi ayıb hesab edir. Bir saat sonra isə otağında ağlayır. Halbuki heç kim oyuncağını sındırmayıb və ya zorla əlindən almayıb. Onun qardaşı isə oxşar vəziyyətdə sakit şəkildə "yox" deyir v

28.10.2026 215
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 264
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 283
.

Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu

Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib

28.10.2026 152
.

Moskvada həşəratlar üçün otel yaradıldı

Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas

28.10.2026 250
.

Yeni işi bəlli oldu

Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib

28.10.2026 169
.

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə

28.10.2026 115
.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

28.10.2026 146
.

Çia toxumundan nə qədər istifadə etmək olar?

Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə

28.10.2026 200
.