Voronejdə polisin azərbaycanlıların məclisinə basqınının pərdəarxası məqamları - ARAŞDIRMA

Voronejdə polisin azərbaycanlıların məclisinə basqınının pərdəarxası məqamları - ARAŞDIRMAPolis basqınına bir neçə gün öncə azərbaycanlılarla ermənilər arasında dava səbəb olub.

Rusiyada azərbaycanlıların toplaşdığı kütləvi tədbirlərə basqınların təşkil olunması davam edir.

Sankt-Peterburqda azərbaycanlıların 500 nəfərlik toy məclisinə basqınından sonra bu dəfə analoji hadisə Voronej şəhərində baş verib. Şəhərin həmyerlilərimizə məxsus restoranlarından birində təşkil olunan doğum günü məclisinə Rusiya xüsusi təyinatlı polis dəstəsi "SOBR" və "Rosqvardiya" basqın edib. Məclis iştirakçılarının sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizə hərbi komissarlıqda qeydiyyata durmaq haqqında bildiriş verilib.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, həmyerlilərimizin məclisinə xüsusi təyinatlı polis basqının səbəbi 10 gün bundan öncə Voronejin başqa bir restoranında azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi dava olub. Belə ki, həmyerlilərimizə məxsus restoranda müğənni Şəbnəm Tovuzlunun "Qarabağ Azərbaycandır!" adlı mahnısının səslənməsi restoranda qonaq qismində iştirak edən ermənilərin etirazına səbəb olub. Bu zaman azərbaycanlılarla ermənilər arasında dava düşüb. 15-20 erməni azərbaycanlılara hücum edib. Soyuq və travmatik silahların tətbiq edildiyi dava nəticəsində ermənilərdən bir neçə nəfər xəsarət alıb və xəstəxanaya düşüb. Faktla bağlı cinayət işi açılıb və davada iştirak edən azərbaycanlılar axtarışa verilib.

Noyabrın 14-də isə Voronej sakini, Niyaz Zahidov adlı azərbaycanlı 45 yaşını qeyd edən zaman xüsusi təyinatlı polis dəstələri və "Rosqvardiya" ermənilərlə davada iştirak etmiş azərbaycanlıların axtarışı məqsədi ilə məclisə basqın edib. Lakin polis axtardığı azərbaycanlıları orada tapa bilməyib. Məclis üzvlərinin sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizin bir neçəsinə hərbi komissarlıqda qeydiyyata durmaq üçün bildiriş təqdim olunub.

Voronejdəki Azərbaycan diasporunun sədri Mehdi Mehdiyev bildirib ki, heç də yerli mətbuatın yazdığı kimi, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilməyib. Onun sözlərinə görə, Teleqram kanalları və yerli media bilərəkdən hadisəni şişirdir: "5 nəfərə yaxın azərbaycanlıya, hansı ki, yaxın vaxtlarda Rusiya vətəndaşlığını əldə ediblər, onlara hərbi komissarlıqda hərbi qeydiyyata durmaları tövsiyə olunub və bu barədə bildiriş verilib".

Diaspor rəhbəri onu da qeyd edib ki, azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi davanı erməni diasporu milli zəmində münaqişə kimi təqdim etməyə cəhd edib. Moskvadan Rusiya Erməniləri İttifaqının vitse-prezidenti bu məqsədlə Voronejə gəlib. Lakin Azərbaycan diasporunun səyi nəticəsində məlum mübahisənin milli zəmində deyil, məişət zəminində baş verdiyinə region rəhbərliyini inandırmaq mümkün olub.

Mehdi Mehdiyev deyib ki, noyabrın 14-də azərbaycanlıların doğum günü məclisinə polis basqınının həyata keçirilməsinə kimi də Voronejdə məlum kütləvi davada iştirak edən həmyerlilərimizin axtarışları aparılıb. O, Peterburqdakı hadisədən fərqli olaraq, bu dəfə şimal qonşumuzun hüquq-mühafizə orqanlarının azərbaycanlılarla kobud rəftar etmədiyini vurğulayıb: "Heç kəsə qarşı zorakılıq, kobud rəftar edilmədi. Sakitcə sənədləri yoxladılar. Yeni vətəndaşlıq almış azərbaycanlılara Rusiya qanunlarına uyğun olaraq hərbi qeydiyyata durmaq tövsiyə olunub və üç gün müddətində hərbi komissarlıqda qeydiyyata durmaları haqqında bildiriş verilib".

Diaspor rəhbəri əlavə edib ki, noyabrın 15-də Voronejin "Alekseyevski" adlanan bazarında polis "oblava" keçirib: "Bazarda təkcə azərbaycanlılar deyil, digər ölkələrdən olan miqrantlar da çalışır. Miqrantlardan sənədləri düzgün olmayanlar şöbəyə aparılıb. Sənədləri qaydasında olmayan miqrantlar ölkədən deportasiya olunacaqlar".

Mehdi Mehdiyev baş verənlərin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq istəyənlərin işi olduğunu söyləyib. Voronejdə Azərbaycan icmasının 30 ildən çoxdur fəaliyyət göstərdiyi vurğulayan diaspor rəhbəri bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün çoxlu işlər görülür.

"Voronejdə yaşayan azərbaycanlılar şəhərin və vilayətin ictimai həyatına inteqrasiya olunub və bu, region rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir", - Mehdiyev fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1161   Tarix: 15 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?

Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə

28.10.2026 255
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 264
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 283
.

"Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab

"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri

28.10.2026 276
.

Çia toxumundan nə qədər istifadə etmək olar?

Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə

28.10.2026 200
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

28.10.2026 311
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

28.10.2026 271
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

28.10.2026 221
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 116
.