Şəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə edildi - FOTO

Şəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə edildi - FOTOMüğənni Şəbnəm Tovuzluya efirdə gözlənilməz sürpriz olunub.

Publika.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində ona pərəstişkarı tərəfindən ağ rəngdə "Hundai" markalı avtomobil hədiyyə olunduğunu öyrənib.

Proqramın aparıcısı Mətanət Əliverdiyeva sənətçini studiyadan çıxardaraq "Xəzər" televiziyasının həyətində dayanan həmin hədiyyənin yanına aparıb.

Şəbnəm maşını görər-görməz hədiyyədən məəttəl qalıb. Avtomobilin üzərində yazılan "Ələddin baba can sağlığı ilə sür" sözlərini oxuyan müğənni bir anlıq fikrə dalıb və kədərlənərək bu sözləri dilə gətirib: "Prodüserimlə birgə Azərbaycandan kənarda toyda olduq. Məni illərdir sevən və pərəstiş edən bir xanım var. O xanım mənim üçün çox dəyərlidir. Ayaqüstü söhbətimiz oldu. O zaman prodüserim dedi ki, bəlkə buradan atanız üçün avtomobil alıb Bakıya aparaq. Çünki, atam üçün bu yaxınlarda maşın almaq istəyirdim.

Düzdür onun avtomobili olsa da, ona daha yaxşısını almaq istəyirdim. Amma bu söhbət elə də orada da qaldı, davamı olmadı. Əgər öncədən belə bir şeyin olacağını bilsəydim qətiyyən razı olmazdım. O xanım pərəstişkarım mənə bu hədiyyəsi ilə çox böyük xəcalət verdi. Həqiqətən də gözləməzdim.

Ola bilər ki, o xanım prodüserimlə danışıb və bu işi birgə görüblər. Səni az müddət içində tanısam da sən mənim böyük bacımsan. Adını və hansı ölkədə olduğunu deməyəcəyəm. Allahdan bir arzum var və bu arzumun nə olduğunu özün çox yaxşı bilirsən. Sadəcə o arzum yerinə yetsin mən o qurbanları bu şəhərdə sayla bütün məscidlərdə kəsəcəyəm. Hər ikimizin o arzularımız yerinə yetsin. Deyirsən ki, mənim atam Ələddin bəy sənin də atandır. Sən atamızı sevindirdin. Çox sağol, əziz bacım".

Şəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə edildi - FOTOŞəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə edildi - FOTOŞəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə edildi - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1257   Tarix: 15 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?

Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə

28.10.2026 255
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

28.10.2026 264
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 283
.

"Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab

"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri

28.10.2026 276
.

Çia toxumundan nə qədər istifadə etmək olar?

Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə

28.10.2026 200
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

28.10.2026 311
.

4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi

Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu

28.10.2026 271
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

28.10.2026 221
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 116
.