İstanbulda şadlıq və ziyafət salonlarında tədbirlərlə bağlı qadağa tətbiq edildi

İstanbulda şadlıq və ziyafət salonlarında tədbirlərlə bağlı qadağa tətbiq edildiTürkiyədə İstanbul Toplantı ve Düğün Salonu İşletmeleri Esnaf Odası (İSTDO) tərəfindən şadlıq və ziyafət salonlarında keçirilən tədbirlərlə bağlı qadağa tətbiq edilib.

Həyat təhlükəsizliyi səbəbi ilə tez alışan və partlayıcı maddələrdən istifadə edilməməsinə qərar verilib.

Bu barədə İSTDO prezidenti Adem Sönmez açıqlama verib.

O, İraqın Mosul şəhərində şadlıq sarayında atəşfəşanlığın səbəb olduğu yanğında 100-dən çox insanın həyatını itirdiyini xatırladıb.

Adem Sönmez qeyd edib ki, toy və xına mərasimlərində istifadə edilən vulkan, köpük və şamların yaratdığı təhlükə səbəbi ilə onların istifadəsinə qadağa qoyulub.

"Aldığımız qərara uyğun olaraq, xüsusilə qapalı ərazilərdə tədbirlər zamanı vulkan, şam, köpük, pirotexniki vasitələr, sprey balonlardan istifadəyə icazə verilməyəcək", - deyə o bildirib.

"Xüsusilə tez alışan maddələr zərərli qazlar buraxır. Qapalı məkanlarda körpələr və yaşlı insanlar bu səbəbdən nəfəs darlığı problemi ilə üzləşə bilirlər. Həmçinin belə tədbirlərdə qonaqlarımızın və öz əməkdaşlarımızın həyatı da təhlükə altında qala bilir. Bu səbəbdən də İraqda baş verən hadisədən sonra biz də belə bir qərar qəbul etdik", - deyə o nəzərə çatdırıb.

Adem Sönmez İstanbulda şadlıq sarayları bu qərara əməl etdiklərini, tədbir sahiblərinin də anlayışla qarşıladıqlarını vurğulayıb.

"Tətbiq etdiyimiz qadağaya 90 faiz nisbətində əməl edilir", - deyə o əlavə edib./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarsdan çağırıldı - İstanbula konsul göndərildi

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Türkiyəni

27.07.2026 200
.

Güclü külək nəticəsində xəsarət alanların sayı artdı - Yenilənib

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb. BİG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyy

27.07.2026 207
.

Evlilik ildönümlərini bu paylaşımla qeyd etdi

Aparıcı Cavid Güllə ilə bağlı həyat yoldaşı Nərgiz sosial şəbəkədə paylaşım edib. Axşam.az xəbər verir ki, Nərgiz cütlüyün birgə fotosunu izləyiciləri ilə bölüşərək evlilik ildönümlərini qeyd edib. O, paylaşımına "06.07.2021" tarixini və "Nə yaxşı ki, sən varsan" sözlərini əlavə edib

27.07.2026 332
.

Həftədə 60-70 saat iş: Uzun iş rejimi qanunvericiliyə uyğundurmu? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması, dörd günlük iş həftəsinin tətbiqi və işçi rifahının artırılması istiqamətində addımlar atıldığı bir vaxtda, Azərbaycanda bir çox əməkdaş hələ də gündə 10-12 saat, həftə ərzində isə 60-70 saata çatan iş rejimində çalışdığını bildirir. Xüsusil

27.07.2026 254
.

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Hindistanın şimalındakı Banda şəhərində bu il havanın temperaturu 48 dərəcə Selsidən yuxarı qalxıb. Həddindən artıq isti həm insanların gündəlik həyatına, həm də canlı aləminə ciddi təsir göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Hamuesgyemant" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə

27.07.2026 138
.

İlham Əliyevdən futbolla bağlı - Sərəncam

Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqinc

27.07.2026 255
.

Elektronika mağazalarının üzərinə rəsmi zəmanət tələbi niyə qoyulmur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son illər elektronika mağazalarından alış-veriş edən vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri zəmanətlə bağlı mübahisələrdir. Bəzi mağazalar məhsulları rəsmi istehsalçı və ya distribütor zəmanəti ilə deyil, yalnız öz daxili zəmanəti ilə təqdim edir. Bu isə məhsul nasaz olduqda təmir, dəyişdirilm

27.07.2026 224
.

Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt alətlərinin təhsil prosesində geniş yayılması tələbələrin tapşırıqları hazırlama üsullarını da dəyişib. Artıq esse, kurs işi və digər yazılı tapşırıqların bir hissəsi müxtəlif süni intellekt platformalarının köməyi ilə hazırlanır. Bu isə ali təhsil müəssisələrində akademik dürüstlüyü

27.07.2026 214
.

Rumıniya qırıcıları Rusiya dronunu vurdu

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan növbəti PUA-nı zərərsizləşdirib. Bu, son bir həftə (son üç gün) ərzində Rumıniya tərəfindən vurulan üçüncü Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır. Hadrısə iyulun 26-da səhər saatlarında, Ukraynanın Odessa vilayətin

27.07.2026 169
.

TOP MP3