"Yaxşı olardı ki, Avropa süni müdaxilələr etməkdənsə tərəflərin bir neytral ölkədə görüşməsi üçün çağırışlar etsin" - POLİTOLOQ
"Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin təyin edilməsi və təhlükəsizliyin qorunmasına dair verdiyi təkliflərə səslənən fikirlər effektiv deyil. Ümumiyyətlə tərəflər arasında konkret bir razılıq yoxdur. Düzdür sülh prosesi gedir. Bir sülh sənədi ortada var. Amma reallıq ondan ibarətdir ki, ortaq razılıq və konsepsiya əldə edilməyib. Xüsusilə sərhədlər məsələsi çox həssasdır. Çünki delimitasiya, demarkasiya, anklav, eksklav və kommunikasiya xətlərinin açılması aktual olaraq qalmaqdadır".
Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq bildirib ki, bütün problemlərin qaldığı və hələki həll edilmədiyi bir zamanda Avropa İttifaqının şərti sərhədlərin monitorinqi ilə bağlı fikirlər səsləndirməsi yalnız və yalnız tərəflər arasında qıcıq yarada bilər:
"Bu məsələlər kənar müdaxilələr olmadan, neytral bölgədə tərəflər arasında qarşılıqlı müzakirə edilib həll edilməli olan məsələlərdir. Xaricində irəli sürülən ehtimal təkliflər, vasitəçilik missiyaları effektiv olmayacaq. Yaxın tarix və təcrübə göstərir ki, bu belədir. Hesab edirəm, indiki məqamda Avropa İttifaqının əsas niyyəti Ermənistanda hərbi kontingent yaratmaq, bu kontingentdə Rusiyadan Azərbaycana qarşı istifadə etməkdir".
Turan Rzayevin sözlərinə görə, Ümumiyyətlə Azərbaycan ilə bağlı məsələyə Avropanın yanaşması birmənalı deyil:
"Xüsusilə son zamanlar Azərbaycanın guya Ermənistanın cənub ərazilərinə işğal etmək niyyəti olduğuna dair sərsəm və heç bir arqumental əsası olmayan fikirlər yayılır. Halbuki Azərbaycan ordusunda belə bir aktivlik yoxdur. Rəsmi Bakı buna dair heç bir siyasi və əməli hərəkətləri baş verməyib. Bu baxımdan deyə bilərik ki, indiki məqamda bu və digər təklif tərəflər arasında gərginlik prosesinin uzanmasına, hətta bir müddət kəsilməsinə gətirib çıxara bilər. Yaxşı olardı ki, Avropa bu məsələyə süni müdaxilələr etməkdənsə tərəflərin bir neytral ölkədə görüşməsi üçün çağırışlar etsin".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 14 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888