Oğlanlarla rəqsinə görə tənqid olunan Samirənin anası efirə zəng etdi: "Allahdan qorxun!" – VİDEO

Oğlanlarla rəqsinə görə tənqid olunan Samirənin anası efirə zəng etdi: "Allahdan qorxun!" – VİDEOXəbər verdiyimiz kimi, meyxanaçı Samirə Yusifqızının axşam saatlarında restoranların birində gənc oğlanlarla rəqs etməsinin görüntüləri gündəmə səs salıb. Sözügedən məsələnin "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirində müzakirəsi zamanı jurnalist Ramilə Sultan sərt şəkildə Samirə Yusifqızını tənqid edib və tərəflər arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, sənətçinin anası Nailə xanım həmin proqramın canlı efirinə zəng edərək, qızını rəqsinə görə rişxənd obyektinə çevirən jurnalistə etiraz edib.

"Dünəndən əsəbdən stressə düşmüşəm. Sinir ağrılarım baş qaldırıb. Axı, siz qızım Samirəni niyə belə "dimdikləyirsiniz"? Samirə nə edib? Burada pis nə var? Samirə cavanların məclisində olub. O, cavanlarla ayaqlaşıb, rəqs edib. O belə bir rəqsi nə toyda, nə də ki efirdə edib. Bunun ucundan tutub, ucuzluğa getmək nəyə lazımdır?

Bu gündən sabaha bizim heç ümidimiz yoxdur. Görün, dünyanın nə zamanıdır... Heç olar ki, belə acı danışmaq. Mən jurnalist Ramilə Sultana bir söz demirəm. O da onun sənətidir. O yazmalıdır, deməlidir, lazım gəlsə, lap tənqid də etməlidir. Amma tənqidin də yeri var... O cür emosional çıxış etmək, ayağa durub az qalırdı, qızım Samirəni döysün. Niyə axı belə olmalıdır? Samirənin gördüyü yaxşı əməllərindən danışın.

O, pandemiya zamanı toyların olmadığı bir vaxtda taksi sürüb, anasını və övladlarını saxladı. Sizə 100 faiz deyirəm ki, o, evə halal çörək gətirdi. Samirə anasına da, balalarına da halal pul yedirdib. O qızın haqqında az da olsa belə pis söz demək günahdır. Allaha xoş getməz. Olmaz! Ürək və qəlb sındırmaq heç də yaxşı deyil. Allahdan qorxun!", - Nailə xanım bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4944   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarsdan çağırıldı - İstanbula konsul göndərildi

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Türkiyəni

27.07.2026 200
.

Güclü külək nəticəsində xəsarət alanların sayı artdı - Yenilənib

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb. BİG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyy

27.07.2026 207
.

Evlilik ildönümlərini bu paylaşımla qeyd etdi

Aparıcı Cavid Güllə ilə bağlı həyat yoldaşı Nərgiz sosial şəbəkədə paylaşım edib. Axşam.az xəbər verir ki, Nərgiz cütlüyün birgə fotosunu izləyiciləri ilə bölüşərək evlilik ildönümlərini qeyd edib. O, paylaşımına "06.07.2021" tarixini və "Nə yaxşı ki, sən varsan" sözlərini əlavə edib

27.07.2026 332
.

Həftədə 60-70 saat iş: Uzun iş rejimi qanunvericiliyə uyğundurmu? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması, dörd günlük iş həftəsinin tətbiqi və işçi rifahının artırılması istiqamətində addımlar atıldığı bir vaxtda, Azərbaycanda bir çox əməkdaş hələ də gündə 10-12 saat, həftə ərzində isə 60-70 saata çatan iş rejimində çalışdığını bildirir. Xüsusil

27.07.2026 254
.

Dünyanın ən isti şəhəri: Quşlar göydən yerə düşür

Hindistanın şimalındakı Banda şəhərində bu il havanın temperaturu 48 dərəcə Selsidən yuxarı qalxıb. Həddindən artıq isti həm insanların gündəlik həyatına, həm də canlı aləminə ciddi təsir göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Hamuesgyemant" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə

27.07.2026 138
.

İlham Əliyevdən futbolla bağlı - Sərəncam

Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqinc

27.07.2026 255
.

Elektronika mağazalarının üzərinə rəsmi zəmanət tələbi niyə qoyulmur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son illər elektronika mağazalarından alış-veriş edən vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri zəmanətlə bağlı mübahisələrdir. Bəzi mağazalar məhsulları rəsmi istehsalçı və ya distribütor zəmanəti ilə deyil, yalnız öz daxili zəmanəti ilə təqdim edir. Bu isə məhsul nasaz olduqda təmir, dəyişdirilm

27.07.2026 224
.

Süni intellektdən istifadə edən tələbələr necə yoxlanılır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt alətlərinin təhsil prosesində geniş yayılması tələbələrin tapşırıqları hazırlama üsullarını da dəyişib. Artıq esse, kurs işi və digər yazılı tapşırıqların bir hissəsi müxtəlif süni intellekt platformalarının köməyi ilə hazırlanır. Bu isə ali təhsil müəssisələrində akademik dürüstlüyü

27.07.2026 214
.

Rumıniya qırıcıları Rusiya dronunu vurdu

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan növbəti PUA-nı zərərsizləşdirib. Bu, son bir həftə (son üç gün) ərzində Rumıniya tərəfindən vurulan üçüncü Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır. Hadrısə iyulun 26-da səhər saatlarında, Ukraynanın Odessa vilayətin

27.07.2026 169
.

TOP MP3