Naxçıvanda müəllimlərin məktəbin internetindən istifadəsinə qadağa qoyulmasının səbəbi açıqlanıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, sözügedən məktəbə 2,5 meqabit/saniyə sürətlə internet verilir:
"İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağındakı kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə edilir. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur".
Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır:
"Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də pedaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, sakinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər".
Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb:
"Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 777 Tarix: 10 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇindən gətirilən 2 ton çörək qırıntısı məhv edildi
"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil edən çörək qırıntıları (panko) məhsulunda uyğunsuzluqlar aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliy
10:30 143 Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının, xüsusilə də ötən əsrin 70-ci illərində Şimali Koreya tərəfindən qaçırıldığı iddia edilən Yaponiya vətəndaşlar
27.07.2026 238 Rumıniya qırıcıları Rusiya dronunu vurdu
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan növbəti PUA-nı zərərsizləşdirib. Bu, son bir həftə (son üç gün) ərzində Rumıniya tərəfindən vurulan üçüncü Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır. Hadrısə iyulun 26-da səhər saatlarında, Ukraynanın Odessa vilayətin
27.07.2026 234 Makron 250 min insanın evindən didərgin düşməsi ilə bağlı böhran iclası çağırıb
Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi günü 250 mindən çox insanın evlərini tərk etməsinə səbəb olan dəhşətli, nəzarətsiz meşə yanğınlarına həsr olunmuş böhran iclası çağırıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, bu yanğınlar ən böyük yanğının yayılmasının yavaşladığına dair ilk ümi
27.07.2026 214 Elektronika mağazalarının üzərinə rəsmi zəmanət tələbi niyə qoyulmur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son illər elektronika mağazalarından alış-veriş edən vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri zəmanətlə bağlı mübahisələrdir. Bəzi mağazalar məhsulları rəsmi istehsalçı və ya distribütor zəmanəti ilə deyil, yalnız öz daxili zəmanəti ilə təqdim edir. Bu isə məhsul nasaz olduqda təmir, dəyişdirilm
27.07.2026 300 MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMA
Mənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir
11:42 103 Tramp Zelenski və Netanyahu ilə Ağ Evdə görüşəcək
Ağ Ev rəsmisi CNN-ə bildirib ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı həm Ukrayna Prezidenti Vladimir Zelenskini, həm də İsrail Baş naziri Binyamin Netanyahunu Ağ Evdə Ukrayna və Yaxın Şərqdəki münaqişələrə diqqət yetirəcək ayrı-ayrı görüşlər üçün qarşılayacaq. BİG.AZ CNN-ə istinadən xəbər veri
10:27 128 Milli Yaylaq Festivalında bir araya gəldilər - Fotolar
Göygöldə V Milli Yaylaq Festivalı davam edir. Axşam.az xəbər verir ki, festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindək
27.07.2026 359 Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı
Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb. Bu barədə -a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib. O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib. "Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffü
11:27 118