Nazirlik bəstəkarın ölümü ilə bağlı nekroloq yaydı

Nazirlik bəstəkarın ölümü ilə bağlı nekroloq yaydıMədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevin vəfatı ilə bağlı nekroloq yayıb.

BiG.AZ xəbər verir ki, nekroloqda deyilir.

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayev 10 noyabr 2023-cü il tarixində, 78 yaşında vəfat edib.

Mobil Rəşid oğlu Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə daxil olub. 1964-cü ildə bu məktəbi viola və bəstəkarlıq (Nazim Əliverdibəyovun sinfi) üzrə başa vurub. Həmin ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) viola ixtisası üzrə təhsilini davam etdirib.

M.Babayev 1973-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. Burada musiqi redaktoru, daha sonra baş redaktor vəzifələrində çalışıb. O, eyni zamanda 20 ildən çox Azərbaycan Televiziyasında Estrada-caz şöbəsinin musiqi redaktoru vəzifəsində işləyib, "Caz həvəskarları klubu" verilişinin musiqi redaktoru olub.

Cövdət Hacıyev bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan M.Babayev müxtəlif janrlarda çoxsaylı əsərlərin – 5 simfoniya, simfoniya-rekviyem, simfonik poema, fortepiano və kamera orkestri üçün konsert, viola və orkestr (kamera və simfonik) üçün 2 konsert, 3 oratoriya, 2 kantatanın müəllifidir. 50-dən çox bədii ("Pəncərə", "Babamızın babasının babası", "Mezozoy əhvalatı" və s.), sənədli, elmi-kütləvi və cizgi filminə musiqi yazıb. O, həmçinin caz orkestri və estrada simfonik orkestri üçün çoxsaylı kompozisiyaların, müxtəlif mövzularda yazılmış 150-yə yaxın mahnının müəllifi kimi tanınır. Bəstəkarın simfonik və vokal-simfonik əsərləri milli-mənəvi, fəlsəfi və ideoloji dəyərlərin təcəssümü baxımından diqqəti çəkir.

"Ömür bitər, yol bitməz" simfoniyası, "12 not – dünən, bu gün" simfonik poeması, "İnsan", "Bu dünya" oratoriyaları, xor və simfonik orkestr üçün "Mən bu yerdən gedəli", "Ölüm qara qarışqadır" kompozisiyaları, "Ömür geri dönə bilsə", "İblis", "Bu qatar" mahnıları və s. bu baxımdan diqqətə layiq nümunələrdir. "Məmləkətimi sevirəm" kantatası, "Ağlama, torpağım, ağlama" oratoriyası, "Qarabağ" simfoniyası, "Çanaqqala" simfoniya-rekviyemi, "Qalx, Vətən" mahnısı müəllifin milli-ideoloji düşüncə tərzinin göstəricisidir.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən bəstəkar dövlət başçısının sərəncamları ilə 2007-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına və 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.
Görkəmli bəstəkar, səmimi insan Mobil Babayevin işıqlı xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 886   Tarix: 10 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Firuzə İbadova niyə kirayədə yaşayır?

"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir". Axşam.a

28.10.2026 454
.

Çia toxumundan nə qədər istifadə etmək olar?

Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə

28.10.2026 309
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

28.10.2026 317
.

Yeni işi bəlli oldu

Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib

28.10.2026 296
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

28.10.2026 319
.

Moskvada həşəratlar üçün otel yaradıldı

Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas

28.10.2026 353
.

Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz

Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni

28.10.2026 344
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

28.10.2026 309
.

Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb. xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib. Hadisə barədə çəkili

28.10.2026 399
.