XİN: "Ermənistanın Qarabağla bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyil"
"9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik. Ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin "etnik təmizləməsində" ittiham etməkdə davam etməsi, bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhindən bildirib.
O qeyd edib ki, Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır:
"Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəldikdə isə, ölkəmizin keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə tanınan Ermənistanın Azərbaycanı bu məsələdə ittiham etməsi tamamilə əsassızdır. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdindən başqa bir şey deyil".
Ayxan Hacızadə bildirib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur.
"Ermənistanın mədəni, dini, tarixi qorumaq vəzifəsi daşıyan UNESCO kimi beynəlxalq platformadan Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşdırılması ilə bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyildir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışlarını etsə də təəssüf ki, bu, Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Ermənistanın müxtəlif beynəlxalq platformalardan Azərbaycana qarşı yalan və iftira dolu ritorikanı davam etdirərək, ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməsinin və bununla da sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olmasının bir daha şahidi oluruq. Ümid edirik, Ermənistan tərəfi bölgədə sülh üçün yaranmış bu tarixi şansı əldən verməyəcək və ölkəsinin faydalanacağı regional sabitlik və iqtisadi istiqrar üçün səylərə mane olmayacaq", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 745 Tarix: 09 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFiruzə İbadova niyə kirayədə yaşayır?
"Sənət yoldaşları anamı qınayır ki, niyə xəstəliyini demirsən. 2014-cü ildə anam insult keçirdi, heç kimə heç nə demədik. Altı ayın içində anam ayağa qalxdı. Hər şeyimiz getdi, amma anam sağaldı. Anam məndən savayı başqa ailəyə də baxıb, bacı-qardaşına kömək edib. Çoxları bunu bilmir". Axşam.a
28.10.2026 454 Çia toxumundan nə qədər istifadə etmək olar?
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə
28.10.2026 309 "AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
28.10.2026 317 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 296 Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi
Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə
28.10.2026 319 Moskvada həşəratlar üçün otel yaradıldı
Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas
28.10.2026 353 Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
28.10.2026 344 Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət
28.10.2026 309 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb. xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib. Hadisə barədə çəkili
28.10.2026 399