Transferlərinə ümumilikdə ən çox pul xərclənən futbolçular - SİYAHI

Transferlərinə ümumilikdə ən çox pul xərclənən futbolçular - SİYAHI"Transfermarkt" futbolçu karyerası ərzində transferlərinə ən çox pul xərclənən oyunçuların siyahısını dərc edib.

"Report" xəbər verir ki, cədvəldə birinci yeri braziliyalı Neymar tutur.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən hücumçunun indiyə qədər transferlərinə ümumilikdə 400 milyon avro xərc çəkilib.

İkinci pillədə İtaliyanın "Roma" klubunun üzvü Romelu Lukaku qərarlaşıb. Belçikalının 8 keçidinə klublar 339 milyon avro ödəniş ediblər.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu isə 4 transferə 247 milyon avro ilə ilk "üçlüy"ü qapayıb.

Karyerası ərzində transferlərinə ən çox pul xərclənən 10 futbolçunun siyahısı:

1. Neymar (3 transferinə 400 milyon avro)

2. Romelu Lukaku (8 transferinə 339 milyon avro)

3. Kriştianu Ronaldu (4 transferinə 247 milyon avro)
4. Usman Dembele (3 transferinə 220 milyon avro)

5. Alvaro Morata (6 transferinə 189 milyon avro)

6. Filipp Koutinyo (5 transferinə 180 milyon avro)

7. Antuan Qrizmann (4 transferinə 180 milyon avro)

8. Kilian Mbappe (1 transferinə 180 milyon avro)

9. Anxel Di Mariya (4 transferinə 179 milyon avro)

10. Zlatan İbrahimoviç (7 transferinə 169 milyon avro)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1341   Tarix: 07 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toralın komandası qələbə qazandı - Video

Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub

04.09.2026 213
.

"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili

22.08.2026 320
.

"Qarabağ" "Sabah"ı belə təbrik etdi

"Qarabağ" futbol klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, klub bu haqda sosial media hesablarında paylaşım edib. "Qarabağ" FK "Sabah" FK-nı UEFA Çempionlar Liqasını

26.08.2026 410
.

"LANDAU Lions" Rəsul Məmmədzadə ilə müqavilənin müddətini uzadıb

"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha 1 il uzadıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Boyu 192 sm olan və "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanı

22.08.2026 313
.

"Tvente" ilə başlayan avrkubok macərası "Tvente"də dayandı - Video-Yenilənib

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas

27.08.2026 701
.

"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər

"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind

27.08.2026 316
.

Nikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi

İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy

30.08.2026 244
.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"

30.08.2026 286
.

"Barselona" "Sabah"a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-c

27.08.2026 581
.